A chronicle of victory
Хроники победы /  IRS Publishing House 2021
 
Kitabın ön sözünü müzəffər xalqın müzəffər Ali Baş Komandanı yazıb. Özü də tarixi faktlara və həqiqətlərə söykənərək... Ölkəmizin başçısı özünün müəllifi olduğu şanlı qələbəmizlə bağlı “Zəfər dastani”nda qeyd edir ki, tarix boyu bu ərazilərdə Azərbaycan xalqı yaşayıb və ermənilər buraya sonradan köçürülüb. Ön sözdən sonra Zəfər ərəfəsinə –2016-cı ilin dördgünlük aprel döyüşlərindən bəhs olunur. Daha sonra “Zəfər Salnaməsi” kitabında 27 sentyabrda başlayıb 10 noyabrda yekunlaşan 44 günlük Vətən müharibəsi-nin günbəgün, saatbasaat ən önəmli hadisələri haqqında bilgi verilir. Prezidentin 44 gün ərzində dünyanın 30-dan çox nüfuzlu media agentliklərinə müsahibələri haqqında danışılır. İşğaldan azad olunan hər kənd, qəsəbə və şəhər haqqında söhbət açılır. Və 10 noyabr üçtərəfli sazişi ilə bu qələbə rəsmiləşdirilir.