Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı filial kitabxanası 2003-cü ildən fəaliyyət göstərir. 2007-ci ildə universitetin yeni II tədris binası inşa olunandan sonra kitabxana orada yerləşdirilmişdir. Kitabxana yenidən 2019-cu ildə müasir standartlara uyğun olaraq təmir edilmiş, 2019-cu ilin dekabr ayında oxucuların ixtiyarına verilmişdir. UNEC KİM 2 saylı kitabxanasının fondu Azərbaycan, rus, və ingilis dillərində olan ədəbiyyatlarla, dövri nəşrlərlə (qəzet və jurnal) komplektləşdirilmişdir. İxtisaslaşmış geniş fonda malik olan kitabxananın fondu 11000 nüsxə təşkil edir və açıq rəf üslubunda tərtib olunmuşdur. Tələbələrin rahat istifadəsi üçün kitabxana müasir tələblərə uyğun 24 kompüterlə təchiz olunmuşdur. UNEC KİM-in 2 saylı kitabxanasında kitabxana prosesləri tam avtomatlaşdırılmışdır. Kitabxananın bütün fondu elektron kataloqa yerləşdirilmiş və hazırda sənədlər üzrə axtarış ALİSA sistemində həyata keçirilir.

Kitabxanada təhsilalanların informasiya-resurs tələbatını müfəssəl ödəmək üçün müxtəlif beynəlxalq məlumat bazalarına, Azərbaycanın digər qabaqcıl universitetlərinin həmçinin dünya səviyyəli universitetlərin kitabxanalarının elektron resurslarına giriş təmin edilmişdir. Kitabxanada yüksək təhlükəsizlik sistemləri quraşdırılmışdır.

UNEC KİM 2 saylı kitabxanası əlamətdar və tarixi günlərlə bağlı, yeni daxil olan kitabların təbliği ilə əlaqədar sərgilərin təşkilini də həyata keçirir.

Kitabxana həftə içi hər gün saat 09:00-dan 22:00-a dək çalışır.

 

Əlaqə vasitələri:

https://www.facebook.com/uneclibrary2/

e-mail:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.