UNEC tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Kitabxana İnformasiya Mərkəzinin 3 saylı kitabxanasında tələbələr arasında kitabların müzakirəsi keçirilib.

 

Kitabxananın əməkdaşları Heyran Musayeva və Fərrux Səmədlinin təşkil etdiyi müzakirələrdə tələbələrə asudə vaxtlarında mütaliə edə biləcəkləri kitablar barədə məlumat veriblər. Eyni zamanda tələbələr üçün maraqlı olan janrlar, yazıçılar haqqında müzakirələr aparıblar.

Maraqlı keçən müzakirələrin sonunda tələbələr bir-biri ilə kitablarını paylaşıblar. 

Müzakirə edilən kitablar:

  1. Erich Maria Remarque- "Üç yoldaş"
  2. Elxan Elatlı- "14-cü adam"
  3. Aghata Christie- "Fayton məhəlləsində qətl"
  4. Aghata Christie- "Rocer Ekroydun qətli"
  5. Vulf Dorn- "Psixiatr"
  6. Den Braun- “Da Vinçi Kodu”
  7. Lev Tolstoy- “Anna Karenina”
  8. Elif Şafak- “Eşq”
  9. Vulf Dorn- "Şizofren"
  10. Xalid Hüseyn- "Dağlardan səda gəldi"
  11. Napoleon Hill- "Düşün və Varlan"
  12. Vulf Dorn- "Şizofren"
  13. Vulf Dorn- "Oyunbaz"
  14. Orxan Kamal- "Qürbət quşları"