UNEC-də Zəfər Günü münasibətilə “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi reallaşdırılır.

UNEC-in Kitabxana İnformasiya Mərkəzinin reallaşdırdığı layihədə Qarabağla bağlı Azərbaycanda və dünyada aparılan tədqiqat işləri, elmi araşdırmalar, eləcə də mövzuya dair dünyanın bir sıra aparıcı kitabxanalarında müxtəlif dillərdə mövcud olan nəşrlər haqqında biblioqrafik məlumatlar ictimaiyyətə təqdim edilib.

Layihədə dünyanın ən böyük və ən zəngin kitabxanalarından olan ABŞ Konqress Kitabxanası, Britaniya Muzey Kitabxanası, Almaniya Milli Kitabxanası, Fransa Milli Kitabxanası, Danimarka Kral Milli Kitabxanası, Kanada Kitabxanası, WorldCat dünya kataloqunda, Web of Science platformasında Qarabağ mövzusuna dair mövcud nəşrlərin müxtəlif aspektlərdən statistikası verilmişdir.