F.Nağıyev, E. Nəsirli / 2023
 
Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamlaması, dahi şəxsiyyətin öz xalqına sıx bağlılığının, milli dövlətçilik məfkurəsinə sadiqliyinin canlı təcəssümü olması, geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etməsi, cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirməsi və məharətlə həyata keçirməsi, Heydər ƏIiyevin Azərbaycan xalqı qarşısında mükəmməl quruculuq proqamının tərkib hissələri olan digər müstəsna xidmətləri barədə geniş bəhs edilir.