UNEC Kitabxana İnformasiya Mərkəzinin fonduna daxil olan növbəti kitab ABŞ-ın Kaliforniya Universitetinin professoru Devid Romerin müəllifi olduğu "Ali Makroiqtisadiyyat" kitabıdır.

Azərbaycan dilinə tərcümə olunan kitabda iqtisadi artım, təbii işsizlik dərəcəsi, maliyyə bazarları və maliyyə böhranları, fiskal siyasət, pul siyasəti, büdcə kəsri və digər makroiqtisadi mövzulardan bəhs olunub.

Kitab əsasən, magistratura təhsili alan birinci kurs tələbələri üçün nəzərdə tutulub.