Kitabda maliyyə hesabatlarının mahiyyəti, növləri və prinsipləri sadə dildə şərh olunmaqla, beynəlxalq meyarlar, milli qanunvericiliyə və normativ tələblərə cavab verən maliyyə hesabatlarının tərtib edilməsi, təqdimatı və nəşri qaydaları konkret misallarla izah edilir. Praktik vəsait müəssisiə rəhbərləri, mühasibat və maliyyə xidməti mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Kitabdan həmçinin iqtisadi xidmət əməkdaşları, auditorlar, iqtisadiyyat təmayüllü ali məktəblərin müəllimləri, doktorantları, tələbələri və bütün maraqlananlar yararlana bilərlər.