UNEC Elektron idarəetmə mərkəzinin direktoru f-r.e.n., dos. Zöhrə Həsənovanın "Quranla tanışlıq" adlı əsərinin əsas məqsədi oxucuları Quranla tanış etməkdir. Əsəri oxuyanlar Quranın mahiyyəti və məzmunu, həmçinin orada yer alan ümümbəşəri ictimai və əxlaqi prinsiplər haqqında dolğun məlumat əldə edirlər. Kitabın əsas məziyyətlərindən biri də çətin və yorucu nəzəri mülahizələrə yer verilməməsi, bütün insanların başa düşəcəyi sadə, lakonik və oxunaqlı bir dildən istifadə edilməsidir.

Təqdim edilən "Dövlət və dğrdüncü hakimiyyət" kitabı ehtiva etdiyi bu iki fundamental anlayışın Azərbaycan cəmiyyətində qərarlaşması, dövlət və media münasibətlərinin sivil əsaslar üzərində qurulması prosesini əks etdirən sanballı və dəyərli nəşrdir. Müəllifin Azərbaycanda azad media quruculuğu barədə bu topluda yer almış nəzəri və praktiki mülahizələri, ilk növbədə, jurnalistlərə ünvanlansa da, eyni zamanda, jurnalistika ilə sıx bağlı olan digər mütəxəssislər və oxucular üçün də gərəklidir.

Azərbaycanın son 200 illik tarixi yaşantıları, qələbəsi qısa formada bir kitabda toplanıb. Kitab Azərbaycanın son yüzilliklərdə başına gətirilən müsibətlərdən, Qarabağ münaqişəsinin yaranma səbəbləri və onun ətrafında baş verənlərdən bəhs edir. Kitab bir vətənpərvərin hisslərinin təcəssümüdür.
Kitabda Vətən müharibəsinə daha çox yer verilib. Bizi Qələbəyə aparan, Qarabağa - doğma yurdumuza qovuşduracaq 44 günə...

Kitabda müəllif dünya iqtisadiyyatında resurs amilinin rolu barədə maraqlı fikirlər söyləyir. Onlardan səmərəli istifadə etmək üçün zəruri şərait, ictimai-siyasi mühitin vacibliyi vurğulanır. Diqqət ona cəlb edilir ki, neftlə zəngin olan bir sıra ölkələr təbii resurslarının satışından əldə etdikləri külli miqdarda vəsaitlərdən istifadədə səmərəsizliyə yol vermiş, onların şəffaflığını təmin etməmiş, digər sahələrin inkişafını arxa plana atmışlar. Nəticədə təbii resursların bolluğu, yüksək gəlirlər "xoşbəxtlik" amilinə deyil, "baş ağrısı"na çevrilmişlər.