Kitabda müəllif dünya iqtisadiyyatında resurs amilinin rolu barədə maraqlı fikirlər söyləyir. Onlardan səmərəli istifadə etmək üçün zəruri şərait, ictimai-siyasi mühitin vacibliyi vurğulanır. Diqqət ona cəlb edilir ki, neftlə zəngin olan bir sıra ölkələr təbii resurslarının satışından əldə etdikləri külli miqdarda vəsaitlərdən istifadədə səmərəsizliyə yol vermiş, onların şəffaflığını təmin etməmiş, digər sahələrin inkişafını arxa plana atmışlar. Nəticədə təbii resursların bolluğu, yüksək gəlirlər "xoşbəxtlik" amilinə deyil, "baş ağrısı"na çevrilmişlər.