Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1 saylı kitabxanası öz fəaliyyətinə 1966-cı ildən başlamışdır. Kitabxana əsas tədris binasında yerləşir. 2019-cu ildə UNEC KİM-in 1 saylı kitabxanası müasir standartlara uyğun olaraq yenidən təmir edilərək noyabr ayının 28-də tələbələrin ixtiyarına verilmişdir.

UNEC KİM 1 saylı kitabxanasının fondu Azərbaycan, rus, ingilis və türk dillərində olan ədəbiyyatlarla, dövrü mətbuatla (qəzet və jurnal) komplektləşdirilmişdir. İxtisaslaşmış 4500 nüsxə fonda malik olan kitabxana açıq rəf üslubunda tərtib olunmuşdur. Mərkəzin abunə olduğu 40-a yaxın yerli və xarici dövri nəşrlərlə kitabxanada tanış olmaq olar. Kitabxana geniş, işıqlı oxu zalından ibarətdir. Tələbələrin rahat istifadəsi üçün kitabxana müasir tələblərə uyğun 15 ədəd kompyuterlə təchiz olunmuşdur. Kitabxananın bütün fondu elektron kataloqa yerləşdirilmiş, hal-hazırda sənədlər üzrə axtarış ALİSA sistemində həyata keçirilir.

Kitabxanada təhsilalanların informasiya-resurs tələbatını müfəssəl ödəmək üçün müxtəlif beynəlxalq məlumat bazalarına, Azərbaycanın digər qabaqcıl universitetlərinin həmçinin dünya səviyyəli universitetlərin kitabxanalarının elektron resurslarına giriş təmin edilmişdir. Kitabxanada yüksək təhlükəsizlik sistemləri quraşdırılmışdır.

UNEC KİM 1 saylı kitabxanası əlamətdar və tarixi günlərlə bağlı, yeni daxil olan kitabların təbliği ilə əlaqədar sərgilərin təşkilini də həyata keçirir.

Kitabxana həftə içi hər gün saat 09:00-dan 22:00-a dək çalışır.

 

Əlaqə:

https://www.facebook.com/uneclibrary1/

e-mail:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.