Oxucular tərəfindən ən çox verilən suallar və cavabları
UNEC kitabxanalarında olan kitablar haqqında məlumatı necə əldə etmək olar?
UNEC kitabxanalarındakı kitablar haqqında məlumat əldə etmək üçün elektron kataloqda axtarış etmək lazımdır. Saytın “Elektron kataloq” bölməsində link var. Bölməyə daxil olduqda yuxarı paneldən “Sadə axtarış” hissəsinə daxil olun; “Axtar” panelində kitabın sərlövhəsi və ya sərlövhəyə aid açar söz, kitabın müəllifinin adını yazmaqla kitab haqqında dolğun məlumat əldə edə bilərsiniz. http://e-library.unec.edu.az/alisaweb/#section-topline-2
Kitabxanaların iş saatları necədir?
UNEC KİM-in kitabxanaları haqqında məlumatı saytın “Bizim Kitabxanalar” bölməsinə daxil olmaqla (saytın yuxarı məlumat panelində) əldə edə bilərsiniz. http://library.unec.edu.az/kitabxanalar
Yerli və xarici, eləcə də açıq e-bazalara giriş haqqında geniş məlumat harada yerləşir?
Yerli, xarici və açıq e-bazalar haqqında məlumatı saytın “Resurslar” bölməsindən əldə edə bilərsiniz. Eyni zamanda bütün bazalara giriş haqqında təlimat və digər məlumatlar şəxsi kabinetlərə göndərilmişdir. http://library.unec.edu.az/t-dqiqat
Kitabxanadan istifadəyə dair bütün qaydalar UNEC-in Elmi Şurasında təsdiq edilmiş UNEC KİM-dən istifadə qaydalarında geniş şərh edilmişdir. Qaydalar şəxsi kabinetinizə də göndərilib.
Evə kitab verilişi Əsas tədris binasında yerləşən Əsaslı kitabxananın xidmət şöbəsində həftə içi hər gün 09:00-dan 18:00-a kimi və 2 saylı tədris binasında UNEC KİM-in 2 saylı kitabxanasında 09:00-dan 22:00-a kimi həyata keçirilir.
UNEC KİM-in Dissertasiyalar fondu Əsaslı Kitabxanadadır. Fonddan istifadə etmək üçün UNEC KİM-in direktorunun rəsmi icazəsi olmalıdır. Bunun üçün aşağıdakı vasitələrlə müraciət edə bilərsiniz:
Adilə Abdullayeva, UNEC KİM, direktor
Əlaqə tel: 18-46 (daxili: 1162)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.