- Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, UNEC-in əmr və sərəncamlarını və həmçinin, Mərkəzin Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;
- Təhsilalanlar, elmi tədqiqatçılar, professor-müəllim, inzibati-təsərrüfat heyətinə və digər kateqoriyadan olan oxuculara informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana-informasiya və biblioqrafiya xidməti göstərmək;
- Universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu ənənəvi çap məhsulu ilə yanaşı elektron resurslarla formalaşdırmaq, kitabxana proseslərinə müasir informasiya texnologiyalarını tətbiq etmək, elektron kataloqu təkmilləşdirmək;
- İnformasiya mədəniyyətini inkişaf etdirməklə bərabər, oxucu-istifadəçilərə kitabxananın elektron kataloq və elektron kitabxanasından, yeni texnologiyalardan istifadə etmək bacarığını aşılamaq;
- Universitetin kafedraları, elmi ictimaiyyət və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;
- Müasir tələblərə cavab verən kitabxanaçı-kadrların yetişdirilməsini təmin edən proqramlar və layihələrdə iştirak etmək;
- Kitabxanalararası abonement və beynəlxalq abonement vasitəsilə kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə etmək;
- Kitabxana fondlarının müvafiq qaydada uçotu, qorunması, bərpası, mühafizəsi və təbliğini təmin etmək.