• UNEC
  • Kitabxana
  • Bir Pəncərə
  • Virtual əmək birjası
UNEC Elektron Kitabxana
  • Ana Səhifə
  • Bizim kitabxanalar

      Bizim kitabxanalar

    • Haqqımızda
    • Məqsədimiz
    • Struktur
    • UNEC KİM Əsaslı kitabxana
    • UNEC KİM 24/7 kitabxanası
    • UNEC KİM 1 saylı kitabxana
    • UNEC KİM 2 saylı kitabxana
    • UNEC KİM 3 saylı kitabxana
    • UNEC KİM 4 saylı kitabxana
  • Resurslar
  • Elektron kataloq
  • Layihələrimiz

      Layihələrimiz

    • “Səsli Kitabxana” layihəsi
    • “Balacalara kitab oxuyaq” layihəsi
    • “Kitabxana mənim üçün...” layihəsi
    • “Sıra Səndə” layihəsi
    • “Qarabağ Kitabxanaları” layihəsi
    • “Qarabağ tarixi sənədlərdə” (#QarabağTarixiSənədlərdə) layihəsi
    • "Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsi
    • Qarabağ mövzusu dünya kitabxanalarında
  • Bizimlə əlaqə
Toggle Navigation
  • Kitabxana könüllüləri
  • Kitabxanaçıdan soruş
  • Şəxsi kabinetim
  • Rəy və təkliflər
  • UNEC KİM mətbuatda

Uğura gedən yolu bizimlə kəşf edin.

  • Ana səhifə /
  • Virtual Sərgi /
  • YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ

Yaşıl dünya naminə

 

 

YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ

NİZAMİ GƏNCƏVİ. ƏSƏRLƏRİ I cild (2 cilddə)
NİZAMİ GƏNCƏVİ. ƏSƏRLƏRİ I cild (2 cilddə)
Müəlliflər: F.B.Eminov
Sərlövhə: Ətraf mühitin monitorinqi
Nəşr ili: 2024
Image is not available

Kitabda ekoloji monitorinq sisteminin təşkili, məkan miqyasları ilə bağlı monitorinqin xüsusiyyətləri, təbii mühitin və ekosistemlərin monitorinqi, ekoloji nəzarətin metod və cihazları,ekoloji monitorinq metodları, ətraf təbii mühitin keyfiyyətinin qiymətləndirilməsi meyarlarından bəhs edilir. Dərs vəsaiti Ekologiya ixtisasında təhsil alan magistrlər üçün nəzərdə tutulmuşdur. Lakin vəsaitdən eyni zamanda bakalavrlar və ekologiya sahəsində çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.

Slide 2
Müəlliflər: İlqar B.Xəlilov, Afaq Z.Hacıyeva
Sərlövhə: Ekoloji tədqiqat metodları
Nəşr ili: 2023
Image is not available

Dərslik ekoloji tədqiqatlarda geniş istifadə olunan metodlar qruplarını əhatə edərək onları hərtərəfli xarakterizə edir. Dərslikdən ekologiya, ətraf mühitin mühafizəsi və bərpası ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və ətraf mühitin mühafizəsi və bərpası ixtisasi üzrə təhsil alan bakalavrlar, magistrlər və ətraf mühitin mühafizəsi ilə bağlı sahələrdə fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.

Slide 2
Müəlliflər:William J.Thieman və Michael A.Palladino Sərlövhə:Biotexnologiya giriş
Nəşr ili: 2023
Image is not available

Biotexnologiya kitabı hüceyrə biologiyası və molekulyar biologiya, biokimya, bioinformatika, genetika, genomika, proteomika, da daxil olmaqla, olduqca geniş spektrdəki movzuları əhatə edir. Bu kitab vasitəsilə oxucuya biotexnologiyanın çeşidli və bir-birindən fərqli sahələrini başa düşmək üçün lazım olan bilik və bacarıqları təmin edilir.

Slide 3
Müəlliflər: İlqar B.Xəlilov, Firuzə M.Cəfərova
Sərlövhə: Azərbaycanın ekoloji vəziyyəti və problemləri
Nəşr ili: 2022
Image is not available

Dərslikdə Azərbaycan Respublikasında təbii proseslərin və antropogen fəaliyyətin təsiri nəticəsində ölkənin ətraf mühit komponentlərində müşahidə olunan mövcud ekoloji durum və problemlər, onların ekoloji-hüquqi aspektləri, həmçinin mühafizə tədbirləri öz əksini tapmışdır. Dərslikdə ekologiya, ətraf mühitin mühafizəsi və bərpası ixtisaı üzrə təhsil alan bakalavrlar, magistrantlar və ətraf mühitin mühafizəsi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.

Slide 3
Müəlliflər: Elmar Qasımov və Rövşən Abbasov Sərlövhə: Bərpa olunan enerji ehtiyyatlarından istifadəyə giriş
Nəşr ili: 2022
Image is not available

Bu dərsliyin yazılmasında əsas məqsəd bərpa olunan enerji ehtiyyatları, onlardan istifadə və bu sahədə müasir problemlər barədə müfəssəl baza bilikləri yaratmaq olmuşdur.Ölkəmizdə bərpa olunan enerji ehtiyyatlarından istifadə ilə bağlı Azərbaycan dilində yazılmış ilk dərslik olduğu üçün kitabın elmi-nəzəri və praktik əhəmiyyəti misilsizdir . Bu mənada təqdim olunan dərslik həm ali məktəblər , həm də geniş oxucu auditoriyası tərəfindən istifadə oluna bilər . Həmçinin dərslikdən ixtisaslaşmış orta məktəblərdə tədris zamanı da istifadə olunması da mümkündür.Bu kitabın Azərbaycanda nəşr huquqları müəllifə aiddir. Müəlliflərin icazəsi olmadan yenidən nəşr olunması yolverilməzdir.

Slide 3
Müəlliflər: F.B.Eminov, X.C.Məhərrəmova
Sərlövhə: Ekoloji fəaliyyətin idarə olunması
Nəşr ili: 2021
Image is not available

Dərs vəsaitində ümumi praktika menecmentin əsasları, ekoloji fəaliyyətin idarə olunması sisteminin xüsusiyyətləri, o cümlədən müxtəlif müəssisələrdə ekoloji xidmətin təşkili, ekoloji sertifikatlaşdırma, ekoloji sahibkarlıq, ekoloji marketinq, ekoloji auditin üsulları və növləri, tullantıların idarə edilməsi, ekoloji menecmentin iqtisadi vasitələri, ekoloji sığorta, ekoloji monitorinq və digər aspektləri aydınlaşdırılır.

Slide 3
Müəllif: Əhməd Əhmədov
Sərlövhə: Susuz həyat yoxdur
Nəşr ili: 2018
Image is not available

Kitabda “Qurani-Kərim”də su haqqında buyurulan ayələr təfsir edilmiş və suyun insan həyatındakı müstəsna əhəmiyyəti qeyd edilmişdir.Burada ərzaq məhsullarının tərkibindəki suyun miqdarı və onun məhsulların istehsalında və saxlanılmasında keyfiyyətə təsiri haqqında ətraflı məlumat verilmişdir.Kitabda suyun faydaları, onun kimyəvi tərkibi, içməli suyun keyfiyyətinə verilən tələblər, mineral sular haqqında maraqlı məlumatlar toplanmışdır. Monoqrafiyada suyun keyfiyyət göstəricilərinin ekspertizasına geniş yer verilmiş və içməli suya eləcə də yeyinti məhsullarının istehsalında işlədilən suyun keyfiyyətinə nəzarət qaydaları öz əksini tapmışdır. Kitab geniş oxucu kütləsi əsasən də, müvafiq sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Slide 3
Müəlliflər: G.Abbasbəyli, N.Qədimova, N.Axundova
Sərlövhə: Biotexnologiya
Nəşr ili: 2016
Image is not available

Dərslikdə biotexnologiyanın yaranma və inkişaf tarixi, eləcə də, onun tərkib hissələri, obyektləri və funksiyaları, müxtəlif qida məhsullarının biotexnologiyası işıqlandırılmaqla müxtəlif sənaye sahələrində və praktiki insan fəaliyyətində əsas istiqamətləri verilmişdir.

Slide 3
Müəlliflər: Validə Mehdiyeva , Tofiq Bəhərçi
Sərlövhə: Ekoloji-İqtisadi rayonlaşmanın sosial-iqtisadi aspektləri
Nəşr ili: 2016
Image is not available

Kitab Qərb və Şərq sivilizasiyalarının mərkəzində yerləşən qədim Azərbaycan Respublikası timsalında ekoloji-iqtisadi aspektlər mövzusuna həsr edilmişdir. Materialda sosial-iqtisadi aspektlər, təklif, nəticə, 3dildə xülasə öz əksini tapmışdır. Dövrün aktual mövzusuna həsr edilmiş kitabdan bu sahədəki mütəxəssislər, tələbələr, hər bir oxucu bəhrələnə bilər.

Slide 3
Müəllif: İslam İbrahimov
Sərlövhə: Ətraf mühitin iqtisadiyyatı
Nəşr ili: 2015
Image is not available

Dərs vəsaiti ətraf mühitin iqtisadiyyatı elmin mahiyyəti, metodları, vəzifələri,ətraf mühitin mühafizəsi, təbii ehtiyyatlar, ekologiya və iqtisadiyyatın qarşılıqlı əlaqələri, təbii sərvətlərdən istifadə və onun səmərəliliyi, təbii ehtiyyatların qiymətləndirilməsi, ətraf mühitin çirklənməsindən dəyən ziyanın müəyyən edilməsi məsələləri müasir tələblər baxımından şərh edilir.Dərs vəsaiti universitetin” Əttaf mühitin iqtisadiyyatı” fənni üzrə tədris proqramına uyğun tərtib edilmişdir. Kitabdan iqtisadi yönümlü universitetlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları , tələbə və mütəxəssislər bəhrələnə bilər.

Slide 3
Müəllif: D.E.Yusifov
Sərlövhə: İnsan:Təbiət və cəmiyyət
Nəşr ili: 2014
Image is not available

İnsan:təbiət və cəmiyyət dərsliyi Universitetinin tibbi biologiya,biologiya , ekologiya fakültələri üçün ətraf mühitin antropogen çirkləndirilməsi , təbii və texnogen mühitin birgə inkişafının ənənələri, davamlı inkişaf konsepsiyası , regionlarda tarazlıq inkişafının təmin olunmasında torpaq və su ehtiyyatlarından səmərəli istifadəsi rəqabət qabiliyyətli iqtisadiyyatının inkişafı, biosferin ekoloji qorunması, müasir ekologiyanı qlobal problmləri və onların həlli yolları , beynəlxalq hüququn Azərbaycan və Rusiya qanunvericiliyinə əsasən ekologiyaya dair xüsusi məsələlərə baxılır.

Slide 3
Müəlliflər: Vüqar Məmmədov və Elman Yusifov
Sərlövhə: Ekoloji menecment (I,II cild)
Nəşr ili: 2014
Image is not available

Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu dərs vəsaitində ekologiyanın müstəqil elm kimi inkişaf tarixi, insanın biosferdəki mövqeyi və rolu, ekoloji prinsiplər, ekoloji hüquq, ekoloji menecment,ekoloji audit və beynəlxalq standartlar sistemi haqqında məlumatlar verilir.Bu dərs vəsaiti ali məktəb tələbələri ilə yanaşı, həmçinin, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün əhəmiyyətli məlumat mənbəyi ola bilər . Vəsait iki cilddən ibarətdir. İkinci cilddə canlı aləm ,qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, cəmiyyət-təbiət münasibətlərinin müasir starategiyası haqqında məlumatlar verilir.

Slide 3
Müəlliflər: T.Bəhərçi, V.Mehdiyeva, N.Sadıqova
Sərlövhə: Azərbaycan Respublikasının ekoloji-coğrafi problemləri və onlara qarşı mübarizə tədbirləri
Nəşr ili: 2013
Image is not available

Monoqrafiya Qərb və Şərq sivilizasiyalarının mərkəzində yerləşən Azərbaycan Respublikasında dövrün ən aktual problemlərinə və onlara qarşı mübarizə tədbirlərinə həsr olunmuşdur. Kitabda ekoloji-coğrafi regionlar şərh olunur mövcud ekoloji-coğrafi problemləri yaradan səbəblər göstərilir onların həllinə dair təkliflər verilməklə yanaşı əldə edilmiş nəticələr də öz əksini tapmışdır. Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Slide 3
Müəlliflər: V. İ Korobkin, L. V Peredelski
Sərlövhə: Ekologiya.
Nəşr ili: 2013
Image is not available

“Ekologiya” dərsliyi texniki yönümlü ixtisaslarda oxuyan ali təhsil məktəblərinin tələbələri üçün yazılmış və ali peşəkar təhsil Dövlət Təhsil Standatı, Rusiya Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən Proqramın tələblərinə cavab verir. Kitab “Ətraf mühitin qorunması”, həmçinin, “İnsan həyat fəaliyyətinin təhlükəsliyi” fənni çərçivəsində “Təbii mühitdə həyat fəaliyyətinin təhlükəsizliyi” hissəsi kursunun tədris olunmasında istifadə edilə bilər

Slide 3
Elmi redaktor: V.Z Mehdiyeva
Sərlövhə: Ekologiya
Nəşr ili: 2012
Image is not available

Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi və ekoloji problemlərlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.

Slide 3
Müəllif:Kəmalə Zeynalova
Sərlövhə:Azərbaycanın ekoloji vəziyyəti və problemləri
Nəşr ili: 2012
Image is not available

Müvafiq fənn üzrə bakalavr hazırlığı üçün metodik vəsait kimi hazırlanmışdır.

Slide 3
Müəllif: Cəlal Mahmudov
Sərlövhə: Ekologiya
Nəşr ili: 2010
Image is not available

Ekologiya fənni üzrə mühazirələr toplusu əsasən İqtisad Universitetinin və fakultələrinin tələbələri üçün tərtib edilmiş, 60 saat həcmində eyniadlı tədris proqramına uygun yazılmışvə 15 mühazirə mövzunu əhatə edir.Kitab iki hissədən ibarətdir. Birinci hissə nəzəri ekologiyanın, ikinci hissə isə tətbiqi ekologiyanın prinsipial məsələlərini əhatə edir.

Slide 3
Müəlliflər: Ağa Sadıqov, İlqar Xəlilov
Sərlövhə: Ekologiya və ətraf mühitin mühafizəsi
Nəşr ili: 2009
Image is not available

Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, onlarla əlaqədar olan qanunvericilik aktlarının xülasəsi, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavr pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi ilə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.

Slide 3
Müəllif: Hümeyrə Mustafayeva
Sərlövhə:Beynəlxalq münasibətlər və ekoloji problemlər
Nəşr ili: 2008
Image is not available

Kitabda Beynəlxalq münasibətlər sistemində ekoloji problemlərin yeri və rolu məsələləri, onların həlli öz əksini tapmışdır.Çağdaş qloballaşmanın siyasi aspekti,ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi kimi zəruri vəzifələr hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda Azərbaycanda ekoloji böhranın aradan qaldırılmasında qlobal ekoloji siyasətin rolu xüsusi göstərilmişdir.Kitab müəllimlər, aspirantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Slide 3
Müəlliflər: T.Bəhərçi, R.Məmmədov, V.Mehdiyeva,T.Quliyev
Sərlövhə:Təbii resurslar və davamlı inkişaf
Nəşr ili: 2008
Image is not available

İqtisadi və sosial inkişafda təbii şərait və təbii sərvətlərdən hərtəeəfli, səmərəli istifadə, cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqə, ekoloji tarazlığın saxlanılması sosial, iqtisadi, siyasi və ekoloji durumun qlobal problemləridir. Kitabda təbiət, coğrafi mühit, təbii resursların (neft-qaz) və bərpa olunan mənbələrin davamlı inkişafa təsirləri və onlardan istifadə təcrübəsi, eləcə də, dünyanın təbi-ekoloji problemləri işıqlandırılmışdır.

Slide 3
Müəlliflər:Qərib Məmmədov və Mahmud Xəlilov Sərlövhə:Ensiklopedik ekoloji lüğət
Nəşr ili: 2008
Image is not available

Lüğətə ekologiya və təbiəti mühafizəyə aid 6500-ə qədər termin və anlayış daxil edilmişdir.Müxtəlif ixtisasçıların lüğətdən asan istifadə etmələri üçün o, ilk dəfə olaraq ayrı-ayrı elm sahələri- ekologiya, torpaqşünaslıq, geologiya, coğrafiya, botanika və zoologiya sahələri üzrə tərtib edilmişdir. Lügət ekoloqlar, bioloqlar, torpaqşünaslar, meşəçilər, botaniklər və zooloqlar, həm də kənd təsərrüfatı, ekologiya təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə geniş mütəxəssislər dairəsi, ali məktəblərin təbiət və humanitar fakültələrinin, orta məktəb, lisey və kolleclərin tələbələri, şagirdləri və müəllimləri üçün nəzərdə tutulmuşdur.

Slide 3
Müəllif: Tahir Quliyev
Sərlövhə: Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı
Nəşr ili: 2008
Image is not available

Dərs vəsaitində təbiətdən istifadənin və ətraf mühitin mühafizəsi iqtisadiyyatının nəzəriyyəsi, təbii ehtiyyatların və ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi, tənzimlənməsi ekoloji proqnoz və planlaşdırma eləcə də təbiətdən səmərəli istifadə və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlıq məsələləri isıqlandırılmışdır.

Slide 3
Заголовок: Экономика природопользования и охраны окружающей среды
Год издания:2008
Image is not available

Экономика природопользования-это относительно молодая, но быстро развивающаяся наука, хотя экономический аспект взаимодействия общества и природы имеет определенную история.

Slide 3
Müəllif: Qərib Məmmədov
Azərbaycanın torpaq ehtiyyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları
Nəşr ili: 2007
Image is not available

Monoqrafiya torpaq ehtiyyatlarının davamlı və dayanıqlı, səmərəli istifadəsini təmin etmək məqsədilə ölkədə həyata keçirilən aqrar istehsalatlarla bağlı torpaq istifadəçiliyində yeni təsərrüfatçılıq formalarının yaradılması, bu xüsusda torpaq üzərində mülkiyyət növlərinin təsbit edilməsi, habelə torpaq ehtiyyatlarından istifadəyə nəzarətin artırılması, ictimai təsərrüfatçılıq dönəmində münbitliyi itirilmiş ,tənəzzülə uğramış torpaqların təbii münbitliyinin bərpası, artırılması onun mühafizəsi və.s bu kimi bir cox məsələlər tədqiq olunur. Monoqrafiya tələbə, aspirant və mütəxəssislərlə yanaşı,geniş oxucu kütləsi üçün də nəzərdə tutulmuşdur.

Slide 3
Müəlliflər: R.Məmmədov, T.Bəhərçi, V.Mehdiyeva
Sərlövhə: Qlobal problemlər və təbii mühit
Nəşr ili: 2007
Image is not available

Dərslikdə bəşəriyyətin 45-dən artıq qlobal problemləri haqqında məlumat verilir. Onların baş vermə səbəbləri araşdırılır, ayrı-ayrı sahələrinin biri-biri ilə bağlılığı göstərilir, eləcə də həlli yolları isıqlandırılır. Mövcud qlobal problemlərin ayrı-ayrılıqda geniş səciyyəsində dəqiq kəmiyyət göstəriciləri ilə yanaşı ətraf mühitin təbii varlıgına təsirləri öz əksini tapır. Dərslikdən iqtisad yönümlü universitetlərin, digər ali təhsil ocaqlarının müəllim və tələbləri, elmi-tədqiqat müəssisələrinin əməkdaşları –bir sözlə böyük oxucu kütləsi bəhrələnə bilər.

Slide 3
Müəllif: Sara Məmmədova
Sərlövhə: Azərbaycan Lənkaran vilayəti torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi
Nəşr ili: 2006
Image is not available

Monoqrafiya müəllifin fundamental tədqıqatları əsasında torpaqların ekoloji qiymətləndirilməsinin yeni konsepsiyasıirəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının yeni yanaşma üsulları əsaslandırılmış, çay,üzüm, taxıl tərəvəz altında istifadə olunan torpaqların aqroekoloji modelləri təqdim edilmişdir . Əsərdə həmçinin çay hövzələri daxilində yayılmış torpaqların münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin təşkili proqramı irəli sürülmüşdür. Əsər ixtisas sahibləri – torpaqşünaslar, coğrafiyaşünaslar, ekoloqlar, aqronomlar üçün dəyərli vəsait ola bilər.

Slide 3
Müəllif: Cəlal Mahmudov
Sərlövhə: İstehsal sahələrinin texnologiyası və sənaye ekologiyası
Nəşr ili: 2006
Image is not available

Dərs vəsaitində Azərbaycanın yeraltı sərvətləri, neftin mənşəyi,Dünyada və Azərbaycanda neft-qaz istehsalının inkişafı,xarici neft şirkətlərinin respublikada fəaliyyəti, neft quyularının və istismarının texnoloji prosesləri ,neft və qazın nəqli ,Azərbaycan neftinin Dünya bazarına çıxarılması ətraf mühitin sənaye tullantılarından mühafizəsi məsələlərinə baxılır.Kitab, əsasən, iqtisad universitetinin və fakültələrinin tələbələri üçün yazılmışdır.

Slide 3
Maqsud Qasımov
Sərlövhə: Sağlam həyat tərzi uğrunda
Nəşr ili: 2005
Image is not available

Bu kitab sağlam, aktiv uzunömürlü bir həyat tərzi yaşamaq üçün bələdçiniz ola bilər. Xəstəliklərə yoluxmaqdan qorunmaq, zərərli vərdişlərə yol verməmək və onlardan xilas olmaq, əvvəllər əldə etdiyiniz yanlış müalicə üsullarından əl çəkmək yollarını sizə məsləhət verəcək. Kitab ali təhsil müəssisələrinin, kolleclərin tələbələri və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün də dərs vəsaitidir, eləcə də geniş oxucu dairəsi üçün faydalı ola bilər.

Slide 3
Müəllif: C.Q.Nuriyev, Ə.T.Əsgərov, Z.V.Əhmədov
Sərlövhə: Ekologiya hüququ
Nəşr ili: 2005
Image is not available

Dərslik ali məktəblərin bakalavr tələbələri, lisey və kollec müəllimləri, ekologiya sahəsində çalışan dövlət məmurları və onlarla təmasda olan yerli və xarici iş adamları, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Slide 3
Автор: Касимов М.
Заголовок: За здоровый образ жизни
Год издания: 2005
Image is not available

Познакомишись с этой книгой, что она может стать вашим путеводителем к здоровью активному долголетию. Она подскажет, как защитить себя от болезней, связанных снеправильным образом жизни и вредными привычками, а также избавиться от ранее приобретенных с помощью естественных методов лечения.

Slide 3
Müəlliflər: A.S. Sadıqov, İ.B.Xəlilov
Sərlövhə: Ekologiya və ətraf mühitin mühafizəsi
Nəşr ili: 2004
Image is not available

Dərs vəsaitində ekologiya və ətraf mühitin mühafizəsi problemləri, onlarla əlaqədar olan qanunvericilik aktlarının xülasəsi, ətraf mühitin iqtisadiyyatı və ətraf mühitə vurulan ziyanın hesablanması yolları verilmişdir. Dərs vəsaiti ali məktəblərin bakalavır pilləsinin tələbələri üçün yazılmışdır. Dərs vəsaitindən ətraf mühitin mühafizəsi ilə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.

Slide 3
Автор: Халилов Ш.Б.
Заголовок: Водохранилища Азербайджана и их экологические провлемы
Год издания: 2003
Image is not available

В монографии на основые болле чем 30-летных полевых исследований автора дается комплексный анализ взаимодействия крупных водохранилищ и предлагаются разработанные научно-обоснованные рекомендации по их размещению, экспулуатции, охране и рациональному использованию.

Slide 3
Müəlliflər: Qərib Məmmədov, Mahmud Xəlilov
Sərlövhə: Azərbaycanın meşələri
Nəşr ili: 2002
Image is not available

Monoqrafiya respublika meşələrinin öyrənilməsi tarixi, dağ və düzən meşələrinin müasir vəziyyəti, onlarin qoruyucu funksiyaları, antropogen dəyişilmə istiqamətləri, əsas ağac cinslərinin bioloji xüsusiyyətləri verilir. Kitabda həmçinin meşə ekosistemlərinin mühafizəsi, bərpası, səmərəli istifadəsi, yeni qoruq və yasaqləqların təşkələ tövsiyə olunur. Əsər ekoloqlar, coğrafiyaşünaslar, meşəçilər, torpaqşünaslar, geobotaniklər və kənd təsərrüfatı mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. O həm də geobotanika, ekologiya və təbiəti mühafizə fənnlərinin tədrisi və öyrənilməsində müəllim və tələbələr üçün dəyərli vəsait ola bilər.

Slide 3
Автор: Мамедова С.З.
Заголовок: Модели плодородия чаепригодных почв Ленкоранской области Азербайджана
Год издания: 2002
Image is not available

В монографии изложены итоги многолетных исследований автора по созданию моделей плодородия чаепригодных почв Ленкоранской области Азербайджана. Обстоятельно освещена рассмотрена история изучения вопроса, изложена методика исследований, определены основные блоки, из которых складывается модель плодородия. Даны модели плодородия основых видов почв Ленкоранской области, используемых под чайные плантации.

Slide 3
Müəllif: Qurbanov Sadiq
Sərlövhə: Yeni Yaşıl iqtisadi modelə doğru keçid: Qlobal çağırışlar, imkanlar və perspektivlər
Nəşr ili: 2022.
Image is not available

Kitabda “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol : Yeni çağlar, imkanlar və perspektivlər” movzusunda konfrans materialları verilmişdir.

Slide 3
Müəllif: Qurbanov Sadiq
Sərlövhə: Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat
Nəşr ili: 2023
Image is not available

Monoqrafiyada yaşıl iqtisadiyyat pradiqmasının formalaşması və inkişafı istiqamətləri, ekoloji siyasət və ekoloji təhlükəsizlik məsələləri, iqtisadiyyatın “ekolojiləşdirilməsi”, “Yaşıl”energetikanın perspektivləri kimi məsələlər təhlil edilir.

Slide 3
Sərlövhə: Exploring the green economy: issues, challenges and benefits
Nəşr ili: 2023
Image is not available

The book which was prepared with the support of “PASHA Holding” Group of Companies for the purpose of improving the quality of education and research in Azerbaijan. This book covers the Green Economy Transition, Green Finance, Green investment and Green Accounting.

Slide 3
Müəllif: Kışlalıoğlu Mine
Sərlövhə: Çevre ve Ekoloji “, 2020
Image is not available

Kitap ekolojinin problemlere yaklaşımı, ekolog gözüyle dünya, hepimize bir dünya, akvaryum ekosisteminin öğrettikleri gibi konulardan oluşmaktadır.

Slide 3
Müəllif: Naci Bayraç
Sərlövhə: Küreselleşme sürecinde sürdürülebilir enerji politikaları
Nəşr ili: 2018
Image is not available

Kitabın amacı ekonomik büyümü ve nüfus artışı ile giderek artan yenilebilir enerji ihtiyacını, arza güvenliği, diğer yandan da küresel ısınma ve iklim değişikliği sorununusürdürülebilir kalkınma ve enerji politikaları prespektifinde değerlendirmektir.

Slide 3
Müəllif: Odum Eugene
Sərlövhə: Ekolojinin temel ilkeleri
Nəşr ili: 2016
Image is not available

Kitap ekolojinin konusu ve kapsamı, Ekosistem, Ekoloji sistemlerde enerji, Niyo-jeokimyasal döngüler gibi Ekolojinin temel ilkeri olan 12 bölümden oluşmakta. Kitaptaki örnekler her ne kadar daha cok Kuzey Amerikadan verilmişse de, bu örneklerin çağırıştırdığı konuların hemen hepsi ekoloji bilimin evrensel ilkelerini yansıtmaktadır.

Slide 3
Müəllif: Hüseyn Önder
Sərlövhə: Doğal kaynaklar və çevre ekonomisi
Nəşr ili: 2019
Image is not available

12 fəsildən ibarət olan dərs vəsaitində ətraf mühitin çirklənməsi, onun səbəbləri, ekoloji siyasət, tibbi ehtiyyatların, iqtisadi artıma təsiri, tibbi ehtiyyatlarda qıtlıq problemi, enerji istehlakıvə qiymətləri, enerji bazarı, enerji təminatı problemi və sair vacib mövzuların izahı geniş şəkildə verilmişdir.

Slide 3
Müəllif: Süheyla Suzan Gökalp Alıca
Sərlövhə: İdari yargı kararları kapsamında çevresel etki değerlendirilmesi
Nəşr ili: 2019
Image is not available

Dərslikdə Türkiyədə ətraf mühitə təsirin qiymətləndirilməsinin hüquqi və institusional sturukturu inzibati məhkəmə qərarları çərçivəsində araşdırılıb, təcrübədə qarşıya çıxan problemlər müzakirə edilib və həlli yolları təkləf edilib.

Slide 3
Müəllif: Freeze R. Allan, Cherry A. John
Sərlövhə: “Yeraltı Suyu”.
Nəşr ili: 2016
Image is not available

Bu kitab adətən bakalavr geologiya mühəndisliyi və ya inşaat mühəndisliyi proqramlarının tədris olunan ixtisasları üçün nəzərdə tutulmuşdur. Giriş səviyyəsində yeraltı suların öyrənilməsi üçün geologiya, fizika, kimya və riyaziyyatın əsas prinsiplərini yaxşı başa düşmək tələb olunur. Bu kitab adətən universitetin birinci kursunda bu fənləri öyrənən tələbələr üçün nəzərdə tutulub.

Slide 3
Müəllif: Kocataş Ahmet
Sərlövhə: Ekoloji çevre biolojisi
Nəşr ili: 2012
Image is not available

Ekoloji problemlər və onların cəmiyyətlərin gündəmində yerləşdirilməsi, ekologiya elmi və onun tarixi inkişafı, yerin tarixi dəyişməsi və onun növlərin əmələ gəlməsinə təsiri, ekologiyada materiya və enerji, təbii sərvətlər və davamlı konsepsiya, məkan anlayışları, ekoloji əlaqələr, fərdi ekologiya, abiotik faktorlar və onların orqanizmlərə təsirləri, iqlim abiotik faktorlar, qeyri-iqlim abiotik faktorlar, edafik faktorlar, bioloji resurslar, bioloji faktorlar, əhali və struktur xüsusiyyətləri, əhali dinamikası, ətraf mühitin mühafizəsi və tənzimlənməsində yeni yanaşmalar və sair mövzular kitabda müzakirə olunur.

Slide 3
Müəllif: Gokmen Sabri
Sərlövhə: Genel ekoloji
Nəşr ili: 2007
Image is not available

Təbiətdəki tarazlığı qorumaq, bəşəriyyətin bu gün üzləşdiyi bir çox ekoloji problemləri həll etmək və gələcək nəsillərə yaşana bilən dünya buraxmaq ancaq ekosistemi təşkil edən elementləri və onlar arasındakı əlaqələri yaxşı bilməklə mümkündür. Kitabda əsas ekoloji anlayışlar, ekologiya və uyğunlaşma, yer ekologiyası, dəniz ekologiyası, şirin su ekologiyası, əhali ekologiyası, icma və ekosistem ekologiyası, şəhər ekologiyası və ətraf mühitin çirklənməsi və nəzarəti haqqında sadə, qısa və yığcam məlumatlar var.

Slide 3
Müəllif: Odum P.Eugene, Barrett W. Gary/ Tərc. ed. İşık Kani
Sərlövhə: Ekolojinin temel ilkeleri
Nəşr ili: 2008
Image is not available

Müəlliflər Odum və Barrett təkamül ekologiyası və sistem ekologiyasının prinsiplərini inteqrativ yanaşma ilə bir araya gətirdilər. Kitabda əsas ekoloji problemlərlə yanaşı, ekoloji iz, qlobal iqlim dəyişikliyi, torpaq ekologiyası, yanğın ekologiyası,metapopulyasiya dinamikası, populyasiya genetikası, neytral nəzəriyyə, landşaft ekologiyası kimi aktual anlayış və məsələlər müzakirə olunur. Bu kitab sizə XXI-ci əsrin tələb etdiyi şəkildə ətrafımızla bağlı məsələləri öyrənməyə kömək edəcək.

Slide 3
Müəllif: Serim Nilgün
Sərlövhə: Çevre ve doğal kaynaklar ekonomisi
Nəşr ili: 2017
Image is not available

Bu araşdırma iqlim dəyişikliyi və emisiyya ticarəti konteksində ətraf mühitin mühafizəsinin sosial iqtisadi təhlili: “Canaqqala Nümunəsi” adlı araşdırmamızın nəzəri hissələrinin və əvvəlki araşdırmaya daxil edilməyən üç yeni bölmənin ; bazar sistemi və təbii sərvətlərin idarə edilməsində səmərəlilik, bazar sistemi və təbii sərvətlərin idarə edilməsində səmərəsizlik, ətraf mühit və təbii ehtiyyatların idarə edilməsi əlavə edilərək yaradilmışdır.

Slide 3
Müəllif: Bayazıt Mehmetçik
Sərlövhə: Hidroloji
Nəşr ili: 2013
Image is not available

Kitabda hidroloji hadisələrin öyrədilməsində sistemli yanaşmaya daha çox diqqət yetirilməyə çalışılıb. Bu son illərdə hidrologiyada sistem analizi üsullarının artan istifadəsini əks edirir. Bundan əlavə , kitabın bəzi bölmələrinə yenidən baxılmış ,yeni inkişafları nəzərə almaqla lazımı düzəlişlər və əlavələr edilmişdir.

previous arrowprevious arrow
next arrownext arrow

Kitabxana

  • Haqqımızda
  • FAQ
UNEC Elektron Kitabxana

Uğura gedən yolu bizimlə kəşf edin

Follow us_

Media

  • Xəbərlər
  • Media ilə əlaqə
  • KİM Reytinqlərdə

Tələbələr

  • Tələbə həyatı
  • Elanlar

Haqqımızda

  • Fakültə və məktəblər
  • Mərkəz və institutlar
  • Kampus yerləri

Əlaqə

  • Bizimlə əlaqə
  • Tədbirlər
All rights reserved © 2025 UNEC Elektron Kitabxana

EDUMAN sistemindəki istifadəçi adı və şifrənizi daxil edin.



  • Şifrəni unutmusuz?