• Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, UNEC-in əmr və sərəncamlarını və həmçinin, Mərkəzin Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;
  • Təhsilalanlar, elmi tədqiqatçılar, professor-müəllim, inzibati-təsərrüfat heyətinə və digər kateqoriyadan olan oxuculara informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana-informasiya və biblioqrafiya xidməti göstərmək;
  • Universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu ənənəvi çap məhsulu ilə yanaşı elektron resurslarla formalaşdırmaq, kitabxana proseslərinə müasir informasiya texnologiyalarını tətbiq etmək, elektron kataloqu təkmilləşdirmək;
  • İnformasiya mədəniyyətini inkişaf etdirməklə bərabər, oxucu-istifadəçilərə kitabxananın elektron kataloq və elektron kitabxanasından, yeni texnologiyalardan istifadə etmək bacarığını aşılamaq;
  • Universitetin kafedraları, elmi ictimaiyyət və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;
  • Müasir tələblərə cavab verən kitabxanaçı-kadrların yetişdirilməsini təmin edən proqramlar və layihələrdə iştirak etmək;
  • Kitabxanalararası abonement və beynəlxalq abonement vasitəsilə kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə etmək;
  • Kitabxana fondlarının müvafiq qaydada uçotu, qorunması, bərpası, mühafizəsi və təbliğini təmin etmək.

 

UNEC Kitabxana-İnformasiya Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulduğu 1930-cu ildən başlayaraq universitetdə kitabxana da fəaliyyət göstərir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana da fəaliyyətini dayandırmalı olmuş, fonduna böyük zərər dəymişdir. Sonradan kitabxananın fəaliyyəti 1966-cı ildən bərpa edilmiş və Əsaslı kitabxana kimi işini davam etdirmişdir. 15 aprel 2019-cu il tarixindən etibarən Əsaslı kitabxananın bazasında UNEC Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılmışdır.

UNEC KİM ümumilikdə, 80 736 nüsxə (2020-ci ilin hesabatına əsasən) Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir.

Mərkəzin strukturunda 6 kitabxana fəaliyyət göstərir. 

 

UNEC Kitabxana-İnformasiya Mərkəzinin strukturu:

  • UNEC KİM-in Əsaslı kitabxanası (09:00-18:00)
  • UNEC KİM-in 1 saylı kitabxanası (09:00-22:00)
  • UNEC KİM-in 2 saylı kitabxanası (09:00-22:00)
  • UNEC KİM-in 3 saylı kitabxanası (7 gün 24 saat)
  • UNEC KİM-in 4 saylı kitabxanası (09:00-22:00)
  • UNEC KİM-in 24/7 kitabxanası (7 gün 24 saat)