Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4 saylı kitabxanası öz fəaliyyətinə 2001-ci ildə başlamışdır. Kitabxana UNEC IV saylı tədris binasında yerləşir.

UNEC KİM 4 saylı kitabxnasının fondu Azərbaycan və türk dillərində olan ədəbiyyatlarla, dövrü mətbuatla (qəzet və jurnal) komplektləşdirilmişdir. Kitabxananın fondu 4358 nüsxə təşkil edir. UNEC KİM-in 4 saylı kitabxanası eyni anda 45 tələbəyə xidmət göstərən, 9 kompüterlə təchiz olunmuş zaldan ibarətdir. UNEC KİM 4 saylı kitabxanada kitabxana prosesləri tam avtomatlaşdırılmışdır. Kitabxanadakı axtarış sistemi elektron kataloq əsasında aparılır və bunun üçün xüsusi proqram təminatı tətbiq olunmuşdur. UNEC KİM 4 saylı kitabxanasında tələbələrin ətraflı səmərəli axtarışı üçün Azərbaycanın digər qabaqcıl universitetlərinin həmçinin dünya səviyyəli universitetlərin kitabxanalarının elektron kitabxanalarına, müxtəlif məlumat bazalarına giriş təmin edilmişdir.

UNEC KİM 4 saylı kitabxanası tarixi əlamətdar günlərlə bağlı, yeni daxil olan kitabların təbliği ilə əlaqədar sərgilərin təşkilini də həyata keçirir.

Kitabxana həftə içi hər gün saat 09:00-dan 22:00-a dək çalışır.

 

Əlaqə vasitələri:

https://www.facebook.com/uneclibrary4/

https://www.instagram.com/unec_4_sayli_kitabxana/

e-mail:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1 saylı kitabxanası öz fəaliyyətinə 1966-cı ildən başlamışdır. Kitabxana əsas tədris binasında yerləşir. 2019-cu ildə UNEC KİM-in 1 saylı kitabxanası müasir standartlara uyğun olaraq yenidən təmir edilərək noyabr ayının 28-də tələbələrin ixtiyarına verilmişdir.

UNEC KİM 1 saylı kitabxanasının fondu Azərbaycan, rus, ingilis və türk dillərində olan ədəbiyyatlarla, dövrü mətbuatla (qəzet və jurnal) komplektləşdirilmişdir. İxtisaslaşmış 4500 nüsxə fonda malik olan kitabxana açıq rəf üslubunda tərtib olunmuşdur. Mərkəzin abunə olduğu 40-a yaxın yerli və xarici dövri nəşrlərlə kitabxanada tanış olmaq olar. Kitabxana geniş, işıqlı oxu zalından ibarətdir. Tələbələrin rahat istifadəsi üçün kitabxana müasir tələblərə uyğun 15 ədəd kompyuterlə təchiz olunmuşdur. Kitabxananın bütün fondu elektron kataloqa yerləşdirilmiş, hal-hazırda sənədlər üzrə axtarış ALİSA sistemində həyata keçirilir.

Kitabxanada təhsilalanların informasiya-resurs tələbatını müfəssəl ödəmək üçün müxtəlif beynəlxalq məlumat bazalarına, Azərbaycanın digər qabaqcıl universitetlərinin həmçinin dünya səviyyəli universitetlərin kitabxanalarının elektron resurslarına giriş təmin edilmişdir. Kitabxanada yüksək təhlükəsizlik sistemləri quraşdırılmışdır.

UNEC KİM 1 saylı kitabxanası əlamətdar və tarixi günlərlə bağlı, yeni daxil olan kitabların təbliği ilə əlaqədar sərgilərin təşkilini də həyata keçirir.

Kitabxana həftə içi hər gün saat 09:00-dan 22:00-a dək çalışır.

 

Əlaqə:

https://www.facebook.com/uneclibrary1/

e-mail:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasının (hazırki Kitabxana-İnformasiya Mərkəzi) fəaliyyətində tələbə-könüllülərin rolu danılmazdır.

Kitabxananın oxu zallarında hər zaman yardım göstərən tələbələr çalışıblar. Tələbələr tərəfindən 2002-ci ildə kitabxananın elektron kataloqunun yaradılmasını həyata keçirilən “Gələcək naminə” layihəsini bu istiqamətdə atılan ilk ciddi iş saymaq olar. Layihə çərçivəsində kitabxananın kitab fondu və oxucular haqqında qeydlər xüsusi hazırlanmış proqrama daxil edilib.

2012-ci ildən sosial şəbəkələr üzərindən kitabxananın rəsmi səhifəsinin loqosunun yaradılmasında və yeniliklərin paylaşımlarında könüllülərin böyük rolu olub.

2014-cü ildən isə İqtisad Universitetinin İnnovativ-Biznes İnkubatoru şöbəsinin könüllüləri vasitəsilə müxtəlif layihələr, seminar və təlimlər həyata keçirilib.   

2016-cı ildə kitabxananın start verdiyi “Səsli Kitabxana” layihəsi də könüllü tələbələrin iştirakı ilə ərsəyə gəlib, audio-kitablar hazırlanıb.

2018-ci ildən UNEC-in 24/7 Kitabxanasının fəaliyyətə başlaması ilə könüllü tələbələr kitabxanaya yardımının yeni mərhələsinə keçib. Könüllülər əməkdaşlara  yeni kitabxana qaydaları ilə işləməkdə, müasir avadanlıqlar və proqram təminatı ilə oxucu-istifadəçi xidmətlərinin təşkilinə yaxından köməklik ediblər.

Hal-hazırda Kitabxana İnformasiya Mərkəzinin bütün kitabxanalarına 2020-ci ildə təsis edilmiş UNEC-in Könüllüləri Təşkilatının könüllülləri yardım göstərir.

Kitabxananın məzun könüllüləri:

Adil Hüseynov, Xəzər Aslanov, Səməd Rzazadə, Qurban Qurbanzadə, Səbinə Babayeva, Fərngiz Quliyeva, Sədaqət Məmmədova, Ramiz Şükürov, Elşən Tağızadə, Gülşən Məmmədzadə, Nicat Muradlı, Arzu Əzimli, Nərmin Bayramlı, Nərmin Həsənli, Şəhriyar Qasımov, Rinat Məmmədov, Adnan Nəcəfov, Nərmin Heydərova, Yasim Əhmədov, Mirlazım Dadaşov. Təranə Quliyeva, Elmir Sadıqov, Xəyal Məmmədli. Həzrət Mirzəyev, İlham Quliyev, Nərmin Zeynallı, Nizaməddin Xurşudlu,

Hazırda kitabxanada fəaliyyət göstərən könüllülər:

Aygün Əliyeva, Nigar Ağayeva, Zaur İsmayıl-zadə, Orxan Vəliyev, Fərid Əsgərov, Cabbar Cəlilov, Mahmud Səmədov, Ramil Həsənov, İnal Qənbərli, Ceyla Allahverdiyeva, Səbinə Tağıyeva, Qənirə Məmmədova

Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı filial kitabxanası 2003-cü ildən fəaliyyət göstərir. 2007-ci ildə universitetin yeni II tədris binası inşa olunandan sonra kitabxana orada yerləşdirilmişdir. Kitabxana yenidən 2019-cu ildə müasir standartlara uyğun olaraq təmir edilmiş, 2019-cu ilin dekabr ayında oxucuların ixtiyarına verilmişdir. UNEC KİM 2 saylı kitabxanasının fondu Azərbaycan, rus, və ingilis dillərində olan ədəbiyyatlarla, dövri nəşrlərlə (qəzet və jurnal) komplektləşdirilmişdir. İxtisaslaşmış geniş fonda malik olan kitabxananın fondu 11000 nüsxə təşkil edir və açıq rəf üslubunda tərtib olunmuşdur. Tələbələrin rahat istifadəsi üçün kitabxana müasir tələblərə uyğun 24 kompüterlə təchiz olunmuşdur. UNEC KİM-in 2 saylı kitabxanasında kitabxana prosesləri tam avtomatlaşdırılmışdır. Kitabxananın bütün fondu elektron kataloqa yerləşdirilmiş və hazırda sənədlər üzrə axtarış ALİSA sistemində həyata keçirilir.

Kitabxanada təhsilalanların informasiya-resurs tələbatını müfəssəl ödəmək üçün müxtəlif beynəlxalq məlumat bazalarına, Azərbaycanın digər qabaqcıl universitetlərinin həmçinin dünya səviyyəli universitetlərin kitabxanalarının elektron resurslarına giriş təmin edilmişdir. Kitabxanada yüksək təhlükəsizlik sistemləri quraşdırılmışdır.

UNEC KİM 2 saylı kitabxanası əlamətdar və tarixi günlərlə bağlı, yeni daxil olan kitabların təbliği ilə əlaqədar sərgilərin təşkilini də həyata keçirir.

Kitabxana həftə içi hər gün saat 09:00-dan 22:00-a dək çalışır.

 

Əlaqə vasitələri:

https://www.facebook.com/uneclibrary2/

e-mail:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.