Layihənin əsas məqsədi kitabxana fondunu oxuculara təqdim etməkdir.
Layihə çərçivəsində tələbələr hər həftə fonda daxil olan yeni, yaxud aktuallığını bu gün də saxlayan bir kitabı oxuculara nümayiş etmək, onun haqqında geniş məlumat verirlər.
“Həftənin Kitabı” layihəsinin bütün buraxılışları UNEC NEWS xəbərlər saytında yayımlanır.
UNEC KİM-in 24/7 Kitabxanasının bu layihəsi UNEC Könüllüləri Təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib. Layihəyə BDU Kitabxanaçılıq və İnformasiya fakültəsinin III kurs tələbəsi Nabat Əliyeva cəlb edilib.
Layihənin məqsədi oxucu-izləyicilərə Qarabağdakı kitabxanaların yaranması, işğaldan əvvəlki və işğal dövründəki fəaiyyəti haqqında qısa da olsa məlumat verməkdir.
Layihə çərçivəsində oxucu-izləyicilərə 8 buraxılış təqdim edilib. Layihəsinin 1-ci “Qarabağ Kitabxanaları. Şuşa” buraxılışı Şuşanın işğaldan azad olunması günü 8 noyabr 2020-ci il tarixində təqdim edilib və sonuncu buraxılışı 1 dekabrda Laçın kitabxanalarından bəhs edib.
Layihə II Qarabağ müharibəsi ərəfəsində yaranıb. Layihənin məqsədi mövcud informasiya savaşında ermənilərin Azərbaycan tarixinə, Qarabağ tarixinə kölgə salan yalançı, saxta tarixi məlumatlarına dürüst tarixi sənədlər, mənbələrlə qarşı çıxmaqdır. Əldə edilmiş materialları həm originalda, həm türk, rus və ingilis dillərindən Azərbaycan dilinə çevirərək təqdim etməkdir.
UNEC KİM 24/7 Kitabxanası yeni 2020-ci tədris ilinin başlanması ilə “Sıra Səndə” (#SıraSəndə) layihəsinə start verib. Layihənin iştirakçıları sosial şəbəkələrdən kitabxananın fəaliyyətini izləyən oxuculardır ki, sevdiyi kitabları geniş auditoriyaya təqdim edirək, estafeti digərinə ötürürlər. Layihənin məqsədi müəllim və tələbələri profil üzrə gündəmi zəbt edən ən yeni maraqlı akademik kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı inciləri ilə tanış etməkdir. Kitabxananın əksər layihələrində olduğu kimi, burada da zövqlü bədii ortam yaratmaqdır.
“Sıra Səndə” layihəsinin buraxılışları kitabxananın bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində, Telegram kanalında və İNFONEWS informasiya agentliyi saytında yayımlanır.
Page 27 of 30