Layihə II Qarabağ müharibəsi ərəfəsində yaranıb. Layihənin məqsədi mövcud informasiya savaşında ermənilərin Azərbaycan tarixinə, Qarabağ tarixinə kölgə salan yalançı, saxta tarixi məlumatlarına dürüst tarixi sənədlər, mənbələrlə qarşı çıxmaqdır. Əldə edilmiş materialları həm originalda, həm türk, rus və ingilis dillərindən Azərbaycan dilinə çevirərək təqdim etməkdir.

2020-ci ildə ən əlamətdar hadisələrdən biri UNEC-in yeni tədris binasının açılışı olmuşdur. Binada UNEC KİM-in 3 saylı kitabxanası da fəaliyyət göstərir. Bu kitabxana 4604 nüsxə kitab, müxtəlif dövri nəşrlərlə təmin edilmişdir. Kitablardan 4226-sı Azərbaycan dilində, 378-i xarici dildədir. Tələbələrin rahat istifadəsi üçün kitabxana müasir tələblərə uyğun 43 ədəd kompyuterlə təchiz olunmuşdur.

Kitabxanada təhsilalanların informasiya-resurs tələbatını müfəssəl ödəmək üçün müxtəlif beynəlxalq məlumat bazalarına, Azərbaycanın digər qabaqcıl universitetlərinin həmçinin dünya səviyyəli universitetlərin kitabxanalarının elektron resurslarına giriş təmin edilmişdir. Kitabxanada yüksək təhlükəsizlik sistemləri quraşdırılmışdır.

2 mərtəbədən ibarət, müasir üslubda dizayn edilmiş kitabxananın 24/7 rejimində fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

 

 

Əlaqə:

e-mail:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı kitabxanası 1930-cu ildən, ali məktəbin əsası qoyulduğu vaxtdan fəaliyyət göstərir. Kitabxana əsas tədris binasında yerləşir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana fəaliyyətini fasilələrlə davam etdirmişdir. Kitabxana 1966-cı ildən formalaşmış və kitabxanada aşağıdakı şöbələr mövcud olmuşdur:

  • Xidmət şöbəsi
  • Komplektləşdirmə və kataloq şöbəsi
  • Bıblioqrafiya şöbəsi
  • Oxu zalı

Əsaslı kitabxana yenidən 2000-ci ildə fəliyyətini bir daha təkmilləşdirmişdir. 2008-ci ildə kitabxanada ”İrbis-64” Avtomatlaşdırılmış kitabxana informasiya sistemi fəaliyyətə başlamışdır. Kitabxanada elektron kataloq sistemi, internet resurslarına sərbəst çıxış, elektron kitablara əlyetərlik imkanları yaradılmışdır. 2018-ci ildən etibarən isə kitabxanada yeni “ALİSA” sistemi tətbiq edilməyə başlamışdır.

UNEC-də kitabxana sisteminin modernləşdirilməsi barədə Elmi Şuranın qərarına görə 15.04.2019-cu il tarixdən UNEC-in Əsaslı Kitabxanasının bazasında UNEC Kitabxana-İnformasiya Mərkəzi yaradılmışdır.

Hal-hazırda Əsaslı kitabxanaya aşağıdakı şöbələr daxildir:

  • Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsi
  • Xidmət şöbəsi
  • Elektron resurslar şöbəsi
  • Depozitar fond

Xidmət şöbəsinin fondu Azərbaycan, rus, ingilis və türk dillərində olan ədəbiyyatlarla, dövrü mətbuatla (qəzet və jurnal) komplektləşdirilmişdir. Xidmət şöbəsinin fondu 44287 nüsxə kitab təşkil edir. Xidmət şöbəsi həftənin 5 günü saat 9.00-dan 18.00-dək işləyir və evə kitab verilişini həyata keçirir. İstirahət günləri şənbə və bazar günüdür.

“Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya” şöbəsinə daxil olan ədəbiyyat kitabxana qaydası ilə texniki və elmi cəhətdən işlənilir. Bundan sonra nəşrlər inventar kitabına salınır, mərkəzin filial kitabxanaları üzrə bölünür və göndəriş yazılır. UNEC KİM-ə  daxil olan bütün nəşrlər biblioqrafik təsvir olunaraq elektron kataloqda ALİSA proqramında öz əksini tapır və kitablar RFİD çipləri ilə çiplənir.

Əlaqə vasitələri:

(012) 492-77-39

e-mail:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə start verir.

“Nizami Gəncəvi ili”nə həsr olunan layihə çərçivəsində dahi Nizamin irsi haqqında Azərbaycanda və dünyada aparılan tədqiqat işləri, elmi araşdırmalar, eləcə də ədibin dünyanın bir sıra aparıcı kitabxanalarında müxtəlif dillərdə mövcud olan əsərləri və haqqında yazılmış nəşrlər haqqında biblioqrafik məlumatlar ictimaiyyətə təqdim ediləcək.

Layihənin ilk sayında UNEC KİM ABŞ-ın Konqres Kitabxanasında  mövcud olan məlumatları təqdim edir. KİM-in axtarışına əsasən, Konqres Kitabxanasında Nizami Gəncəvi irsinə dair 329 əsərin biblioqrafik yazısı əldə edilib. Həmin əsərlər Bakı, Nyu York, London, Paris, Roma, Stokholm, Leyden, Moskva, Sankt-Peterburq, Daşkənd, Dehli, Düşənbə, Tehran şəhərlərində müxtəlif dillərdə nəşr edilmiş və yazıya alınmışdır.

Araşdırma zamanı məlum oldu ki, Konqres Kitabxanasında mühafizə olunan ən qədim əlyazma XVIII əsrə məxsus (təx.1750), fars dilində Hindistanda yazıya köçürüldüyü ehtimal edilən “İskəndərnamə” əsəridir. Ən yeni nəşr isə 2021-ci ildə Nyu Yorkda nəşr edilmiş “Leyli və Məcnun” əsəridir. Qeyd edək ki, burada audio nəşrlər də yer alıb.