NAR (Punica granatum L.) / 2019 kitabçası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının 28 fevral 2019-cu il tarixli qərarı ilə təkrar çap edilməsi məsləhət görülmüşdür.
 
Kitabçada nar (Punica granatum L.) bitkisinin öyrənilmə tarixi, sistematikası, botaniki xarakteristikası, əhəmiyyəti, əsas sortları, nar bağlarının salınması, mövsümü aqrotexniki qulluq qaydaları, xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə tədbirləri haqqında qısa məlumat verilmişdir.
Kitabça nar məhsullarının istehsalı ilə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulmuşdur. Kitabdan həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilərlər.