Kitabda, Azərbaycanın müasir dünya iqtisadi siyasətində mövqeyinin gücləndirilməsi və bu istiqamətdə ölkənin iqtisadi təhlükəsizliyinin təmini məsəslələri təhlil edilmişdir. Müasir dünya iqtisadiyyatı, dövlətlərin iqtisadi əməkdaşlığının səmərəliliyi, xarakteri və real mənzərəsi mövzunun elmi cəhətdən tədqiq edilməsini zəruri etmişdir. Belə ki, davamlı iqtisadi inkişafın təmin olunmasında makroiqtisadi göstəricilərin əhatəli təhlili və iqtisadi artımının sürətləndirilməsi, beynəlxalq iqtisadi münasibətlərin inkişaf səviyyəsinin artırılmasını şərtləndirir. Bu səbəbdən də, kitabda, yeni dünya iqtisadi siyasətində xarici dövlətlərlə əlaqələrin yeni formalarının yaradılması, iqtisadi diplomatik münasibətlərin inkişafı və mütərəqqi geosiyasi təcrübə nəzərdən keçirilmişdir. İqtisadi siyasi əlaqələr və əməkdaşlıq, ölkələrin ticarət, sənaye, informasiya, maliyyə, qlobal iqtisadiyyat, bank işləri, yoxsulluqla birgə mübarizə, sağlam insan potensialı və sosial-iqtisadi inkişafın müasir vəziyyəti və perspektivləri araşdırılmışdır. Eyni zamanda, Azərbaycan geostrateji cəhətdən tərəfdaş olduğu ölkələrlə əməkdaşlığın yeni perspektiv istiqamətləri və ölkəmizin makroiqtisadi sabitliyi, neft və qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində dövlətin tənzimləyici iqtisadi siyasəti elmi nəzəri cəhətdən tədqiq olunmuşdur.