TEAS Press Nəşriyyat evi, 2021
Professor Conatan Qruberin müəllifi olduğu kitab dövlət maliyyəsi və dövlət siyasəti mövzusu ilə maraqlananlar üçün ən mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris zamanı fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Burada öz əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür yaradır.