R. Bahar Sonam. 2020
25 ildir ki, Azərbaycanın Qarabağ torpaqları Ermənistan hökumətinin işğalı altındadır. Bu uzun müddət ərzində BMT masasında aparılan danışıqlar heç bir bəhrə verməmiş, çıxarılan qətnamələrin - 822, 853, 874, 884 icrası yerinə yetirilməmişdir.
Qarabağ uğrunda gedən döyüşlərdə böyük sayda günahsız insanlar soyqırıma məruz qalmışdılar: bir milyondan artıq insan ata-baba yurdlarından deportasiya olunmuşlar. Saysız-hesabsız oğul və qızlarımız şəhid olmuş, odlu səngərlərdə döyüşən oğullarımız vətən uğrunda canlarından keçmişlər. O say-seçmə oğullardan 215 nəfəri fövqəladə xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşlər.
R.Bahar SONAM-ın 2020-ci ildə tərtib etdiyi "Azərbaycanın Milli Qəhrəmanları" adlı kitabı ictimaiyyətə təqdim edilir.