Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı Kitabxanası 2016-cı il martayında “Səsli Kitabxana” layihəsinə start verib. Radio UNEC və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi görmə məhdudiyyətli gənclərin təhsilə və mütaliəyə cəlb etmək olub.
Layihə çərçivəsində Respublika Gözdən Əlillər Kitabxanasının nümayəndə heyəti ilə layihə təşkilarçılarının görüşləri keçirilib. Layihə rəhbəri Əsaslı Kitabxananın əməkdaşı Arzu Məmmədovanın məlumatına görə, layihənin məqsədi UNEC tələbələri ilə Respublika Gözdən Əlillər Kitabxanasının Audio-kitablar fondunun artırılmasına yardım edərək və bu kitabxananın müxtəlif yaşlı oxucu-istifadəçilərini ən yeni ədəbiyyatla məlumatlandırmaq, zövqlü auditoriyanın tərbiyə olunmasında kitabxanaçılara yardım göstərməkdir.
Layihə çərçivəsində hazırlanmış audio-kitablar UNEC İnklüziv Tədris Mərkəzinin fonduna təqdim edilib.