Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitunun birgə layihəsi. Bakı, "Şərq-Qərb", 2021
Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İşğaldan azad edilmiş rayonlara səfərlərinə dair sənəd va materiallar toplanmışdır. Bu sənəd və materiallar Böyük Qələbədən sonrakı yenidənqurma və qayıdış proqramının həyata keçirilməsi sahəsində görülən titanik fəaliyyətin tam mənzərəsini yaratmağa imkan verir.
I kitab xronoloji baxımdan 16 noyabr 2020-ci il - 9 oktyabr 2021-ci il dövrünü əhatə edir.
Kitabda istifadə edilən bütün fotolar AZƏRTAC-a aiddir.