Nəsiman Yaqublu. Baki Beynəlxalq Multikulturalizm Mərkəzi, 2021
Kitabda Azərbaycan yaşamış polyakların XIX əsrin sonu, XX əsrin əvvəllərində və Azərbaycan Xalq Cümhuriyyəti dövründəki (1918-1920) fəaliyyəti araşdırılmışdır. Müxtəlif sahələrdə çalışmış polyaklar neft sənayesinin inkişafında və Bakıda tarixi binaların arxitektura quruluşunun formalaşmasında önəmli rol oynamaqla yanaşı, sonradan Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində də yaxından iştirak etmişdilər.
Bu kitab ali məktəblərin müəllim və tələbələri, eləcə də araşdırmaçılar üçün ciddi vəsait olmaqla yanaşı, Azərbaycan-Polşa əlaqələrinin və bütövlükdə beynəlxalq əlaqələr sistemimizin də öyrənilməsində əsaslı mənbədir.