Bakı, 2021
Kitab Azərbaycan tarixnin ən şanlı səhifələrindən birinə - 27 sentyabr 2020-ci ildə başlamış, işğal olunmuş torpaqlarımızın azad edilməsi və Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinə hiss olunmuşdur. Kitabda Birinci Qarabağ müharibəsindən, onun məğlub olma səbəblərindən, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətindəki fəaliyyətindən və ordu quruculuğundan bəhs edilmiş, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham ƏLiyevin qələbə Strategiyasıın əsas istiqamətləri işıqlandırılmış, İkindi Qarabağ müharibəsi dövrü Zəfər salnaməsi və diplomatiyası tədqiq edilmişdir. Azərbaycan tarixi zəfərinin geopolitik nəticələri və Prezident İlham Əliyevin postmüharibə dövrü Qarabağın sosial-iqtisadi inkişaf strategiyası da geniş şərh olunmuşdur.
Oxucular bu kitab vasitəsilə Azərbaycanın Vətən müharibəsində qələbəsinin Zəfər salnaməsi ilə ətraflı tanış ola biləcəklər.