Professor Zahid Fərrux oğlu Məmmədovun (Elxan Vəliyev və Emin Veysovun birgə müəllifliyi ilə). 2021
Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Fərrux oğlu Məmmədovun (Elxan Vəliyev və Emin Veysovun birgə müəllifliyi ilə) "Azərbaycanın Bank Sektoru: yeni çağırışlar və imkanlar" kitabı 2021-ci ildə Kanadanın tanınmış nəşriyyatlarından olan "GENERİS PUBLİSHİNG" nəşriyyatında rus dilində işıq üzü görmüşdür.
Kitabda Azərbaycanın milli bank sektorunun təşkilinin hüquqi əsasları və inkişafı, COVİD-19 pandemiyasının ölkənin maliyyə sektoruna təsiri, Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyət xüsusiyyətləri və İslam Bank Sistemində yeni çağırışlar və inkişaf perspektivləri barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Eyni zamanda nəşrdə ölkə iqtisadiyyatının qiymət və maliyyə sabitliyinin təmin edilməsində Azərbaycan Mərkəzi Bankının pul siyasətinin təkmilləşdirilməsi, Azərbaycan bank sektorunun potensialının artırılması strategiyası və rəqəmsal transformasiyası, "Nəğdsiz İqtisadiyyat"a keçid üçün qlobal çağırışlar haqında məlumatlar təqdim edilmişdir.