Ətraf mühitin ekologiyasında və qida zəncirində əsasən XX əsrin ikinci yarısından sonra baş verən kəskin dəyişiklik öz mənfi təsirini ərzaq mallarının istehlak dəyərinə göstərir. Ərzağın tərkibi müxtəlif yabançı maddələr insan orqanizminin sağlamlığına, həyat fəaliyyətinə və genəfonda mənfi təsir göstərir. BMT-nin BA yubiley sessiyasının qəbul etdiyi qərarda göstərildiyi kimi müasir dövrdə təmiz ərzaq malları istehsalı uğrunda mübarizə bəşəriyyət üçün "Olum ya ölüm" sualına cavab verməkdir.
Dərslik ali təhsilin magistratura pilləsində "Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası" ixtisası üzrə təhsil alan magistrlər üçün nəzərdə tutulmuşdur.
Kitabdan nutrioloqlar (qidalanma sahəsində olan mütəxəssislər), ümumiyyətlə, öz sağlamlığı barədə düşünən hər bir şəxs istifadə edə bilər.