22-25 Noyabr tarixlərində Antalyada "ANKOSLink 2021" beynəlxalq konfransı keçirilir.

"ANKOSLink 2021" kitabxana informasiya texnologiyaları, məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlardan verilənlər bazasına abunəlik, yeni kitabxana xidmətləri və mövcud xidmətlərin inkişafı üçün şərait yaradan beynəlxalq konfransdır. 

Dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana-informasiya mütəxəssisinin qatıldığı “Dijital Bilgi Yapılarında Yeni Nesil Çözümleri” adlı konfransda UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva da iştirak edir.

Konfransda Antalya Bilim Universiteti rektorunun köməkçisi prof. Dr. Hamza Kandurun "Dünden Bugüne Bilginin Yolculuğu" mövzusunda  açılış nitqi ilə çıxış edib. Sonra Antalya Bilim universitetinin yeni kitabxanasının açılışı olub.

Beynəlxalq konfrans 4 gün davam edəcək.

https://news.unec.edu.az/xeber/100-elm/8114-unec-kim-in-direktoru-beynelxalg-konfransa-gatilib