UNEC-də “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” tədbirlər planının icrası ilə bağlı yekun hesabatı tədbiri keçirilib. 

Yekun hesabatı ilə çıxış edən UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində UNEC təhsilalanları, inzibati heyət və müəllimlər arasında informasiya və rəqəmsal mədəniyyətin, mütaliə vərdişlərinin, kitabxana etikasının təkmilləşdirilməsi və inkişafı istiqamətində hibrid formada və sosial media üzərindən müxtəlif istiqamətlər üzrə 101 tədbirin keçirildiyini bildirib. Tədbirlər planı çərçivəsində bir-birindən maraqlı və müxtəlif mövzuları əhatə edən “Heydər Əliyev irsi: 100 müzakirə”lərinin, “Gəlin birgə oxuyaq”, “Əlfəcin”, “Oxu və paylaş”, “Qarabağı tanı, tanıt”,  “Asudə vaxt” məkanı və “Yay oxuları” layihələrinin, “Elektron resurslardan istifadə və kitabxana etikası” təlimlərinin, biblioqrafik və elmmetrik araşdırmaların, beynəlxalq konfrans və vörkşopların təşkil edildiyini diqqətə çatdırıb.

Tədbirdə əməkdaşlar üçün elan edilmiş "Oxu və paylaş" sosial media müsabiqəsinin qalibləri, eləcə də UNEC-in ənənəvi və elektron resurslarından istifadəsinə və kitabxananın həyata keçirdiyi layihələrdə fəal iştirakına görə il ərzində fəal istifadəçilər müəyyənləşdirilərək, sertifikatla təltif ediliblər.

Sonda 2023-cü il ərzində “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” tədbirlərini əhatə edən videoçarx nümayiş olunub.

https://www.youtube.com/watch?v=-YlBSs6rVSg