SƏNAYENİN TƏŞKİLİ
2022
Baxışlar: 55

Dostuna göndər


  • URL
  • Sitatlar
  • EndNote/RIS
  •  Print 
  • EndNote/Web

Ətraflı məlumat


Qeyd:

Monoqrafiyada inkişaf etmiş, inkişaf etməkdə olan və yeni sənaye ölkələri tərəfindən həyata keçirilən sənaye siyasəti, beynəlxalq istehsal sistemlərinin transformasiyası, innovasiya amilinə əsaslanan yeni sənaye siyasəti modelləri və qlobal dəyər zəncirlərinə inteqrasiya proseslərinin inkişafından bəhs edilir. Yeni sənaye siyasətinin regional mənzərəsi və müqayisəli vəziyyəti şərh olunur. Həmçinin sənaye sferasında beynəlxalq istehsal münasibətlərinin və inteqrasiya proseslərinin aktual problemləri tədqiq olunur. Monoqrafiya beynəlxalq istehsal sistemlərinin transformasiyası proseslərində milli sənaye siyasətinin və texnoloji ekosistemlərin təşviqinin aktual istiqamətlərini əks etdirir. Yeni sənaye inqilabı (IR4) proseslərinin aktuallığını nəzərə alaraq, monoqrafiyada sənaye siyasətinin innovasiya aspektlərinə və yeni nəsil texnologiyalar dalğasına xüsusi diqqət yetirilir. Belə nəticəyə gəlinmişdir ki, ölkənin qlobal dəyər zəncirlərinə uğurlu inteqrasiyası üçün dövlətinticarət, sənaye və innovasiya siyasətisistemli əlaqələndirilməli və elmi-texniki inkişaf perspektivləri müəyyənləşdirməlidir. Dünya sənayesinin və beynəlxalq ticarətin inkişaf meylləri,istehsal və istehsala xidmət sahələrində müasir əməkdaşlıq proseslərinəzərdən keçirilmişdir. Monografiya beynəlxalq ticarət, sənaye və inteqrasiya proseslərinin tədqiqatı ilə məşğul olan mütəxəssislər, doktorantlar, eləcə də magistrlər, tələbələr və dünya iqtisadiyyatı sisteminin fəaliyyətinin öyrənilməsinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Mənbə:
Açıq istifadə