COĞRAFİYA, TARİX
2021
Baxışlar: 227

Dostuna göndər


  • URL
  • Sitatlar
  • EndNote/RIS
  •  Print 
  • EndNote/Web

Ətraflı məlumat


Qeyd:

Monoqrafiya Azərbaycanda məskun olan müxtəlif xalqların və dinlərin ta-rixinə həsr olunmuşdur. Təqdim olunan kitabda rəngarəng etnik tərkibə malik Azərbaycanda əsrlərdən bəri yaşayan, azərbaycanlı adı altında birləşən bütün xalqların etnik tarixi, yayılma arealı, etnogenetik əlaqələri, spesifik xüsusiyyətləri, inancları, folkloru, xalq bayramları, həmçinin ortaq ümumazərbaycan ənənələri, etnoslararası münasibətləri təhlil edilmişdir. Monoqrafiyada Azərbaycanda tarixən mövcud olmuş müxtəlif dinlərin tarixinə də geniş yer verilmiş, bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam dininin yayılması mərhələləri araşdırılmışdır. Tarixən mövcud olmuş mədəni müxtəliflik və etnik-dini tolerantlıq ənənələri, müxtəlif mədəniyyətlərin, ideologiyaların bir-birinə qarşılıqlı təsiri şərh edilməklə yanaşı müasir dövrdə Azərbaycanda konfessiyaların durumu, etno- sosial, etno-mədəni münasibətlər, tolerantlıq mühiti kimi məsələlərə də geniş yer verilmişdir. Monoqrafiya müəllifin 2006-2019-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində apardığı etnoqrafik çöl tədqiqatları və mövcud tarixi mənbələr əsasında yazılmışdır. Tarixcilər, etnoloqlar, sosioloqlar, filosoflar, həmcinin geniş oxucu kü tləsi üçün nəzərdə tutulmuşdur.

Mənbə:
Açıq istifadə