- BƏDİİ ƏDƏBİYYAT, DİLÇİLİK
- Çinarə Qəhrəmanova
- 2024 Baxışlar: 254
- URL
- Sitatlar
- EndNote/RIS
- EndNote/Web
-
Qeyd:
Müstəqillik illərində Azərbaycanda həyatın bütün sahələrində: ölkənin iqtisadiyyatında, ictimai-siyasi əlaqələrdə, hərbidə, təsildə, mədəniyyətdə və s. özünü göstərir. Bu inkişaf Azərbaycana xarici iş adamlarını, biznes nümayəndələrini və təhsil məqsədilə gənclərin axınını şərtləndirir. Əcnəbi tələbələrin keyfiyyətli təhsil almaları məqsədilə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya üzrə dərsliklərin, dərs vəsaitləri və lüğətlərin tərtib edilməsi vacib və aktual məsələdir.
Təqdim etdiyimiz “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərsliyə ənənəvi olaraq nitq mədəniyyəti məsələləri, ədəbi dilin normaları, işgüzar və akademik kommunikasi- yada onlardan istifadə üsulları, normaların nitqə tətbiqi qaydaları öz ifadəsini tapmışdır. Sosial şəbəkələrdə işgüzar kommunikasiya, işgüzar söhbətlər, danışma və dinləmə mədəniyyəti məsələlərinə diqqət yetirilmişdir. Əsasən, əcnəbi tələbələr üçün nəzərdə tutulmuş dərslikdə işgüzar və akademik ünsiyyətin əsas növləri, xüsusiyyətləri, onlara verilən müasir tələblər, tapşırıqlar, yoxlama testləri ardıcıllıqla təqdim edilmişdir. Sonda Azərbaycanın tarixi məkanları haqqında məlumat və ən çox işlənən sözlərin lüğəti təqdim edilmişdir.Mənbə:Açıq istifadə
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (Dərslik)
Bütün ixtisaslar üzrə əcnəbi tələbələr üçün dərslik