Biblioqrafik nəşr iqtisad elmləri doktoru, professor Elşən Mahmud oğlu Hacızadənin həyatı, elmi-pedaqoji, əmək və ictimai fəaliyyətinə həsr olunmuşdur. Nəşrdə Azərbaycan, rus və ingilis dillərində müəllifin həyat hadisələrinin mühüm tarixləri, elmi fəaliyyətinin əsas istiqamətləri, elmi dərəcə, elmi ad və təhsili ilə bağlı aldığı attestatlar, diplomlar, sertifikatlar və digər şəhadətnamələr, elmi əsərlərin biblioqrafiyası, publisistik məqalələrin siyahısı, elm və təhsil müəssisələrində yerinə yetirdiyi tədqiqat işləri, hazırladığı layihələr, kitabları haqqında mətbuatda çıxan resenziyalar barədə informasiya öz əksini tapmışdır.
Biblioqrafik nəşr iqtisadiyyat və idarəetmə sahəsi üzrə elmi-tədqiqat işləri aparan alim və mütəxəssislər, müəllim və tələbələr, eləcə də geniş oxucu kutləsi üçün nəzərdə tutulmuşdur.