Media oyaq saatlarımızın üçdə-ikisini alır, həyatımıza çox təsir edir, medianın necə və nə üçün işlədiyini anlamaq, ünsiyyətin qlobal təbiətini dərk etmək və media savadlılığına çatmaq üçün media mesajlarını qiymətləndirmək çox vacibdir.  “BP Azərbaycan”ın sponsorluğu ilə “TEAS PRESS” nəşriyyatında çap edilən ‘’Kütləvi kommunikasiya mediası’’ kitabı oxuculara medianın necə və nə üçün işlədiyini anlamağı öyrədir.