Elmar Qasımov, Rövşən Abbasov. 2022
Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş. Bu dərsliyin yazılmasına əsas məqsəd bərpa olunan enerji ehtiyatları, onlardan istifadə və bu sahədə müasir problemlər barədə müfəssəl baza bilikləri yaratmaq olmuşdur. Ölkəmizdə bəroa olunan enerji ehtiyatlarından istifadə ilə bağlı Azərbaycan dilinfə yazılmış ilk dərslik olduğu üçün kitabın elmi-nəzəri və praktik əhəmiyyəti misilsizdir. Bu mənada təqdim olunan dərslik həm ali məktəblər, həm də geniş oxucu auditoriyası tərəfindən istifadə oluna bilər. Həmçinin dərslikdən ixtisaslaşmış orta məktəblərdə tədris zamanı da istifadə olunması mümkündür.