Müəlliflər: E.Səfərov, N. Səfərova

"Gender bərabərliyi" kitabı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ gmbH) tərəfindən icra edilən Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə layihəsi çərçivəsində nəşr olunmuşdur. Hüquqi vəsaitdə kişi və qadınlar arasında bərabərliyin təmin edilməsi, cinsi ayrı-seçkiliklə mübarizə, qadınların qərarqəbuletmədə təmsilçiliyi, beynəlxalq təşkilatların təcrübəsi və digər məsələlər əks olunub. 6 fəsildən ibarət vəsait aydın və anlaşıqlı dildə yazılıb, ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilir.