(Xatirələr və şeirlər). Bakı, 2022 

Tərtibçilər: Banu Hümbətli, Sərxan Nağıyev

Kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən şəhis leytenant, tank komandiri, şair Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunur. Müharibənin ilk günündən döyüşə yollanan Murad Nağıyev Horadiz kəndinin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Hadurt və Zəngilanın düşmən işğalından azad edilməsində fəal iştirak edərək düşmənin strateji əhəmiyyətli obyektlərini, çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etmişdir. 

Murad Nağıyev 11 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İkinci Fəxri xiyabanda dəfn olunan şəhid leytenant Murad Nağıyev vəfatından sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.