Fərzəliyev M.H., Aslanov M.S. Dərs vəsaiti. Bakı, 2021

Mexanika ixtisaslarında təhsil alan bakalavr üçün nəzərdə tutulmuş dərs vəsaiti iki hissədən ibarətdir. Birinci hissə nəzəri mexanikanın statika, kinematika və dinamika bölmələrinin nəzəri məsələlərinə həsr olunmuşdur. İkinci hissədə bu bölmələrə uyğun məsələlər (cavabları ilə) və onlardan bəzi məsələlərin nümunəvi həlli verilmişdir. Dərs vəsaitindən digər universitetlərin tələbələri, doktorant və mühəndis-texniki işçiləri də istifadə edə bilərlər.