AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2021.

Kitabda əlilliyi olan şəxslərin inikişafı və cəmiyyətə inteqrasiyası sahəsində ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, onun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahədə həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərin istedadlarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlərlə tanış olacaqsınız. Bununla yanaşı, Siz əlilliyi olan şəxslərin sosial və yaradıcı fəaliyyətini dəstəkləmək məqsədilə dövlət tərəfindən keçirilən sərgilər, konsertlər, televiziya verilişləri, eləcə də, teatr və idman sahəsində görülən işlərlə yaxından tanış ola bilərsiniz. Həmçinin, xüsusi istedada malik əlilliyi olan şəxslərin əl işləri və incəsənət nümunələrini izləyərək, onların dünyaya baxışlarını bir daha dərindən anlaya biləcəksiniz.