UNEC-in İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova tərəfindən hazırlanmış “İnklüziv ali təhsil” adlı metodik vəsait müxtəlif fiziki, əqli, sosial və mədəni fərqliliklərə malik tələbələrin bərabər hüquqlarla və keyfiyyətli təhsilə çıxışını təmin edən inklüziv ali təhsil mühitinin yaradılması üçün yardımçı nəşr kimi nəzərdə tutulub. Nəşrlə yaxından tanış olmaq üçün UNEC-in kitabxanalarına müraciət edə bilərsiz.