Monoqrafiyada müəllifin 1987-ci ildə Qarabağın Ağdam və Ağcabədi rayonlarında apardığı çöl-tədqiqat işlərinin nəticələri əks olunmuşdur. Çöl-tədqiqat işlərinin əsas məqsədi - eneolit dövründən orta əsrlərə qədər xronologiyanı ehtiva edən arxeoloji abidələrin koordinatları araşdırmaq və xəritəsini tərtib etməkdir.
Monoqrafiya arxeoloqlar, tarixçilər, doktorant, tələbələr və ümumən Qarabağ sevənlər üçün nəzərdə tutulmuşdur.
 
İqtisadi artım - müəyyən bir dövrdə məhsul və xidmətin istehsalının böyüməsini ehtiva edir.
Bu dərslik nəzəri-konseptual və praktiki məsələləri əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyyələri təqdim edir.
Dərslikdən qərar qəbul edənlər, tədqiqatçılar, mütəxəssislər, sahibkarlar və tələbələr faydalana bilərlər.
UNEC Elektron idarəetmə mərkəzinin direktoru f-r.e.n., dos. Zöhrə Həsənovanın "Quranla tanışlıq" adlı əsərinin əsas məqsədi oxucuları Quranla tanış etməkdir. Əsəri oxuyanlar Quranın mahiyyəti və məzmunu, həmçinin orada yer alan ümümbəşəri ictimai və əxlaqi prinsiplər haqqında dolğun məlumat əldə edirlər. Kitabın əsas məziyyətlərindən biri də çətin və yorucu nəzəri mülahizələrə yer verilməməsi, bütün insanların başa düşəcəyi sadə, lakonik və oxunaqlı bir dildən istifadə edilməsidir.
 
Kitabda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi, qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində geri qaytarılmış torpaqların tarixi xronologiyası, Vətən Müharibəsində Qələbənin əldə edilməsinə görə Prezident tərəfindən sərəncamlarla imzalanan ali mükafatlar (Vətən Müharibəsi Qəhrəmanı, orden və medallar, zəfər təltifləri və s.) o cümlədən düşmənin ələ keçirilmiş qənimətləri və zəfər paradı haqqında məlumat verilir.
Kitabdan kursantlar, tələbələr, müəllimlər, o cümlədən 44 Günlük Vətən Müharibəsinin tarixi ilə maraqlanan geniş oxucu dairəsi faydalana bilər.