Üç bölmədən ibarət olan kitabda Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə kənd təsərrüfatının inkişafına dönüş yaradan siyasi xəttin müəyyən edilməsi və həyata keçirilməsi, dövlət müstəqilliyi şəraitində aqrar islahatların həyata keçirilməsi sahəsində Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, aqrar islahatlar konsepsiyasının formalaşdırılması, ölkədə kənd təsərrüfatı sahəsində özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq praktikasının və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan aqrar siyasət mexanizmlərinin formalaşdırılmasının əsas istiqamətləri göstərilir.