Bakı, 2021

Kitabda Azərbaycan Respublikasənən Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri - Vətən müharibəsi dövründə işğal olunmuş ərazilərimizin azad edilməsi, eləcə də müharibəyə cəlb edilmiş ölkənin bir çox istiqamətlərdə apardığı mübarizə prosesi ilə bağlı xalqa müraciət və çıxışları yer almışdır. Kitabda həmçinin Ali Baş Komandanın Azərbaycan gerçəklikləri, müharibənin reallıqları ilə bağlı dünyanın aparıcı televiziya kanallarına, informasiya agentlikləri və qəzetlərinə verdiyi müsahibələr, Türkiyənin və eləcə də müxtəlif ölkənin hökümət və dövlər adamları ilə görüşləri zamanı etdiyi çıxışlar da öz əksini tapmışdır. Oxucular burada müharibə dövründə ölkə Prezidentinin Twitter səhifəsində yazdığı bütün Azərbaycan xalqının böyük həyəcanla gözlədiyi "tvitlər"i də yenidən oxumaq imkanı qazanacaqlar.