Bakı 2020

Tanınmış tədqiqatçı müəlliflər - publisist Emil Nəsirlinin və bioqrafiyaşünas-publisist Fikrət Nağıyevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya həsr etdikləri "Həyatın 100 anı" seriyasından "Mehriban Əliyeva" kitabında Azərbaycanın birinci xanımının ali bəşəri dəyərlərə əsaslanan, Azərbaycanın milli maraqlarını rəhbər tutan zəngin fəaliyyətindən bəhs olunur.

Ümumilikdə, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini daha yaxşı anlamaq üçün bir-birilə sistemli şəkildə əlaqəli olan kompleks məsələlərə toxunulur. Kitabda həmçinin Mehriban Əliyevanın xeyriyyəçilik, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələrin xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilməsi - ölkənin birinci xanımının iştirak etdiyi tədbirlər, çıxışlar, görüşlər, müsahibələr fonunda rəngli fotoşəkillər ilə birgə yer alıb. Materialları azərbaycan, ingilis və rus dillərində tərtib edilərək nəfis şəkildə nəşr olunan "Mehriban Əliyeva. Həyatın 100 anı" kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.