Həqiqətin Onomastikası - 2 (Qarabağ və Şərqi Zəngəzur). Bakı-2023.
 
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyyələri əsasında tərtib edilmişdir.
Kitabda 1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş oykonimləri, oronimləri və hidronimləri haqqında ensiklopedik məlumatlar öz əksini tapmışdır. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılmış, bu ərazilərin areal etnotoponimləri izahlı təhlil edilmişdir.