2023
Rəsul Həsən
Azərbaycanın qrafik dizayn tarixi kitabı Azərbaycanın vizual mədəniyyətinin formalaşma mərhələlərini, qrafik dizaynın yaranması və inkişaf tarixini əhatə edən fundamental tədqiqat əsəridir. Müəllif Rəsul Həsən 1875–1990-cı illər arasında ölkədə yaranmış qəzet, jurnal, afişa, plakat, loqo, marka, qablaşdırma və digər vizual nümunələri araşdıraraq Azərbaycan qrafik dizaynının tarixi inkişaf yolunu sistemli şəkildə təqdim etmişdir. Kitab uzunmüddətli arxiv araşdırmaları, muzey materialları və nadir vizual mənbələr əsasında hazırlanmış, milli dizayn irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi-mədəni mənbə hesab olunur. Əsər həm dizaynerlər, sənətşünaslar və tədqiqatçılar, həm də Azərbaycan mədəniyyətinin vizual tarixilə maraqlanan geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.