Günay Pənahova 

Qloballaşan dünyada ölkəmizin milli iqtisadiyyatı elə bir mərhələyə daxil olmuşdur ki, onun gələcək inkişafı həlledici dərəcədə onun davamlı və inklüziv inkişaf konsepsiyasına keçid ilə birbaşa bağlıdır. Bu baxımdan oxucuya təqdim edilən dərs vəsaitində əsas diqqət davamlı və inklüziv inkişafın mahiyyəti və prinsipləri, davamlı inkişaf konsepsiyasına keçidin zərurəti əsaslandırılır, daha sonra davamlı inkişafın iqtisadi, sosial, ekoloji indikatorları, inklüziv inkişafın mahiyyəti və nəzəri əsasları açıqlanır, davamlı inklüziv inkişafa keçiddə insan kapitalının, milli iqtisadiyatın rəqabət qabiliyyətliliyinin həlledici rolu şərh edilir, sonda Azərbaycanın davamlı inklüziv inkişaf konsepsiyasına keçidin qanunauyğunluqları, xüsusiyyətləri, xüsusiyyətləri, imkanları, nəzəri metodoloji və əməli baxımdan araşdırılır, müvafiq ümumləşdirmələr edilir.
Dərs vəsaiti müəllim və tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.