İnanıram ki, bütün insanlar həqiqətən bərabərdir. Doğru ünsiyyət qurmağı öyrənəndə biz bunu həqiqətən hiss edəcəyik, duyacayıq. Hər kəslə bərabər səviyyədə düzgün ünsiyyət qurmağı öyrənməkdən çəkinməyək. Əlilliyi olan
insanlarla doğru münasibət yaratmaq bizlərə xeyriyyəçiliyi, insanlığı öyrədəcək və daha ahəngdar yaşamağa və çalışmağa başlayacayıq! Əslində hamımız “günəş” ilə doluyuq, sadəcə o işığı söndürməyək!