Monoqrafiya
Monoqrafiyada fond bazarlarının inkişaf tarixi və onların fəaliyyətini şərtləndirən
səbəblər, bu bazarların fəaliyyət xüsusiyyətləri, təşkili və tənzimlənməsi məsələləri tədqiq
olunur. Həmçinin, müasir Azərbaycan Respublikası üçün əhəmiyyət kəsb edən mühüm bir
məsələ kimi bu sahədə beynəlxalq təcürbə həm müxtəlif aspektlərdən, həm də ayrı-ayrı
ölkələrin təcürbəsi baxımından dəyərləndirilir. Tədqiqatda ümumilikdə Azərbaycanda
maliyyə-fond bazarının inkişaf mərhələləri müxtəlif dövrlər baxımından da araşdırılır.
Ölkədə fond bazarının müasir vəziyyəti, inkişaf xüsusiyyətləri, meyilləri və problemləri
sistemli şəkildə təhlil olunaraq, qiymətləndirilir. Nəticə olaraq Azərbaycan
Respublikasında fond bazarının inkişafı ilə bağlı təklif və tövsiyyələr irəli sürülür.
M onoqrafiya maliyyə-fond bazarında, iqtisadi idarəetmə sistemində və onunla
əlaqədar sahələrdə fəaliyyət göstərən mütəxəssislər, alim və tədqiqatçılar, bu sahədə
ixtisas alan tələbələr üçün əhəmiyyət kəsb edir. Eyni zamanda, monoqrafiya Azərbaycan
Respubilkasında maliyyə-fond, iqtisadi idarəetmə sisteminin hüquqi-normativ, metodoloji
əsaslarının, tənzimləmə mexanizminin müasir tələblər baxımından təkmilləşdirilməsi
sahəsində də istifadə oluna bilər.