İlham Əliyevin irəli sürdüyü “Azərbaycan 2020: Gələcəyə baxış”
inkişaf konsepsiyasının aşağıdakı məzmun elementləri, o
cümlədən: hazırlanma və tətbiqi istiqamətləri, mərhələliyi, ölkənin
sosial-iqtisadi inkişaf modelinin təkmilləşdirilməsinin əsasları,
Azərbaycanın iqtisadi inkişaf modelinin məzmun çalarları,
dayanaqlılığının təmin edilməsi problemləri ümumiləşdirilmiş
nəzəri səpkidə metodoloji cəhətdən işlənilmişdir. Konkret təklif və
tövsiyələr irəli sürülmüşdür. Bir sözlə, konsepsiyanın nəzərimetodoloji
əsasları hazırlanmışdır.
Kitab dövlət orqanları məmurları, əlaqədar nazirliklərin
işçiləri, eləcə də elm adamları üçün əhəmiyyət kəsb edir.